 |
Şrift : |
|
 |
Tarix : | 9-01-2012, 17:19 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 209 dəfə |
Like : |
|
Like : |
|
|
15 günə 9 ballıq zəlzələyə davamlı 30 mərtəbəli bina tikildi
Hər şeyin saxtasını hazırlamaqda usta olan çinlilər bu dəfə daha irəli gediblər.Çinlilər bu dəfə 360 saata, yəni 15 günə 30 mərtəbəli otel binası tikiblər.
Hunan əyalətindəki binanı tikinti şirkəti dəmir konstruksiyaların köməyi ilə inşa edib. Dəmir konstruksiyalar bir-birinə bərkidilərək hazırlanan binanın 9 ballıq zəlzələyə qarşı davamlı olduğu iddia edilir.
Bundan əlavə, otel 5 qat daha çox enerjiyə qənaət edə bilər. Divar izolyasiyası, pərdələrində günəş panelləri olan 4 şüşəli pəncərələr isti-soyuq havanı qoruyur, xüsusi filtrasiya sistemi ilə içəridəki havanı 20 faiz daha təmiz saxlayır.
|