 |
Şrift : |
|
 |
Tarix : | 9-01-2012, 17:52 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 215 dəfə |
Like : |
|
Like : |
|
|
Ayağı kanada bağlı olan Erin gözünü açanda özünü timsahların və köpəkbalıqlarının qaynaşdığı çayda görür
Adrenalin axtarışı az qala cavan qızın həyatına mail olacaqdı. Belə ki, 22 yaşlı avstraliyalı Erin Lengvorti Viktoriya Fols körpüsündə 111 metr hündürlükdə bangi-də tullanarkən tros qırılır qız da başıaşağı suya düşür.
Bu azmış kimi, içərisində timsahlar və yastıburun köpək balıqları ilə qaynaşan suyun içində qızın ayaqları bağlı qalmışdı.
Erin sahilə çatmaq üçün yaşamaq uğrunda əsl mübarizə aparır. Belə ki, qız üzərkən ayağındakı kanad çayın dibindəki daşlara tez-tez dolaşdığından o, dəfələrlə geri qayıdıb suyan içinə girərək ipi açmalı olub...
Tibb məntəqəsinə çatdırılan Erində körpücük sümüyünün sınması və müxtəlif dərəcəli əziklər qeydə alıblar.
Zimbabve hökuməti hadisəni araşdırmağa başlayıb.
Bununla belə onlar bildirirlər ki, körpüdən bu cürə tullanmaq təhlükəsizdir: «Hər il bu atraksionu 50 min adam ziyarət edir. Bura 10 ildir ki, istifadədir və belə hadisə birinci dəfədir ki, baş verir. Hadisənin təkrarlanması ehtimalı 500 mində bir dəfədir»
|