İnsanlar yerdə min ildən artıq yaşaya bilməyəcək
Fizika üzrə məşhur alim Stiven Hokinq insanları yer planetini tərk etməyə çağırıb. Alim insanlara kosmosun tədqiqini sürətləndirməyi və digər planetlərə köçməyin yollarını axtarmağı məsləhət görüb. 70 yaşlı S.Hokinqin fikrincə, insanlar yerdə min ildən artıq yaşaya bilməyəcək.
Alim öz müraciətini səs sintezi vasitəsilə yazıb. Belə ki, 21 yaşında iflic olan Hokinq, o vaxtdan hərəkət edə bilmir. 43 yaşında isə o, danışıq qabiliyyətini itirib.