 |
Şrift : |
|
 |
Tarix : | 2-02-2012, 11:39 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 168 dəfə |
Like : |
|
Like : |
|
|
Çinli iş adamı 332 min dollara göyərçin alıb
Belçikada göyərçin həvəskarı olan bir şəxs quşlardan birini internetdə rekord qiymətə satıb. Pieter Veenstra Pigeon Paradise (PIPA) adlı saytda 245 göyərçinini 2,5 milyon dollara satışa çıxarıb.
Nəqliyyat şirkəti sahibi olan çinli Hu Cın Yü "Dolce Vita" növündən olan bir göyərçin üçün 332 min dollar ödəyib. Çinli iş adamının ödədiyi məbləğ indiyə kimi bir göyərçin üçün verilmiş ən yüksək məbləğ hesab olunur.
Ötən il “Diamond” növündən olan bir göyərçin 225 min dollara satılmışdı.
İngiltərə, Belçika, Hollandiya və Almaniyada son dərəcə geniş yayılmış göyərçin yarışları qısa bir vaxtda Çində də böyük marağa səbəb olub.
|