 |
Şrift : |
|
 |
Tarix : | 14-02-2012, 17:32 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 143 dəfə |
Like : |
|
Like : |
|
|
Yan Şençjun və Tzin İfenin üs-üstə 215 yaşı var
Dünyanın ən yaşlı cütlüyünün Çində yaşadığı müəyyən olunub. Çinin Quyçjou əyalətində yaşayan cütlüyün birlikdə 215 yaşı var. Yan Şençjunun 109, həyat yoldaşı Tzin İfenin isə 106 yaşı var. Onlar Tsin sülaləsinin hakimiyyəti zamanı, yəni Çin imperatorluğu zamanında dünyaya gəlib.
Ər və arvad uzun ömürlüklərinin səbəbibini əməksevərli olmaqda görürlər. Cütlük 90 illik evlilik müddətində bir dəfə də olsun küsüşmədiklərini iddia edir. Yan Şençjun dülgərdir. Jurnalistlərlə söhbətində o, 109 ildə bir dəfə də olsun ciddi xəstəliyə yoluxmadığını bildirib.
Yan Şençjunun həyat yoldaşı Tzin İfen isə səhər tezdən oyanaraq gün ərzində təsərrüfat işləri ilə məşğul olduğunu bildirib. Son illər yaşlı cütlüyə onların 61 yaşlı ən kiçik oğlanları baxır. Cütlüyün ümumilikdə 6 uşağı, 14 nəvəsi və 10 nəticəsi var.
|