 |
Şrift : |
|
 |
Tarix : | 21-02-2012, 12:38 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 122 dəfə |
Like : |
|
Like : |
|
|
Braziliyanın məşhur karnavalının əsas hissəsi başlayıb
Braziliyanın Rio-de-Janeyro şəhərində möhtəşəm karnaval davam edir. Daha çox Rio karnavalı kimi tanınan "Banda de İpanema" adlı karnavalın ən əsas tədbiri, yəni samba rəqs məktəblərinin müsabiqəsi başlayıb. Müsabiqə Sambadrom adlı xüsusi yerdə keçirilir. Müsabiqənin ilk günündə 6 samba məktəbinin rəqqasları öz hünərlərini nümayiş etdirib. Ümumilikdə bu möhtəşəm şouya 70 mindən çox adamın tamaşa edəcəyi gözlənilir. Hər bir parad maksimum 82 dəqiqə davam edir və 8 böyük səhnədə 3000-dən çox rəqqas rəqs edir.
Qeyd edək ki, bu il Rio karnavalına baxmaq üçün bu şəhərə 850 mindən çox turist gəlib.
|