 |
Şrift : |
|
 |
Tarix : | 23-09-2011, 08:13 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 665 dəfə |
Like : |
|
Like : |
|
|
Tarix və mistika. Əslində bu iki anlayış bir-birindən çox uzaqda dayanıb. Buna baxmayaraq daim irəliyə getməyə çalışan XXI əsr insanı həmişə tarixi incəliyərkən orada çoxlu mistik hadisələri görür. Elə buna görə də bu hadisələr üzə çıxarkən biz tarix və mistikanın bir-birinə necə bağlı olmasını düşünürük. Bu hadisələr ayrı-ayrılıqda təsadüf ola bilər. Amma son nəticədə araşdırmalar zamanı görə bilərik ki, əslində tarix mistik hadisələrlə dolu təkrarlanan bir prosesdir. Burada olan faktları oxuyarkən dəhşətə gələcəksiniz. Bu təsadüf ola bilərmi? Amma bu dünyada çoxları təsadüf olmur deyirlər. Lakin burada oxuduqlarınızdan sonra dünyada necə də dəhşətli və bəzən sonu yaxşı olsa belə, şok effekti yaradan təsadüflərin olduğunu görəcəksiniz. Aşağıda bəzi tarixi və mistik faktları nəzərinizə çatdırırıq. *** 1644-cü ilin 5 dekabr tarixində Uels sahillərində sərnişin gəmisi batır. Dəqiq məlumata görə gəmidə olan bütün sərnişinlər və ekipaj üzvləri suda ölürlər. Bu gəmidən yeganə sağ çıxan insanın adı Xyu Uilyams idi. Bu hadisədən 141 il sonra, 1785-ci ildə, eyni tarixdə (5 dekabr) və eyni yerdə başqa bir sərnişin gəmisi batır. Bu gəmidən də yeganə sağ çıxan insanın adı Xyu Uilyams olur. Dəhşətli fakt bundan ibarətdir ki, bu ikinci hadisədən 75 il sonra, 1860-cı ildə, eyni tarixdə yəni 5 dekabrda, eyni yerdə bu dəfə daha bir balıqçı gəmisi batır. Bu dəfə də gəmidən yeganə sağ çıxan insanın adı Xyu Uilyams olur. *** Fransa kralı XVI Lyüdovik kral olandan bəri 1 şeydən qorxurdu. Öncəgöürücü bir qadın ona xəbər vermişdi ki, o, ayın 21-də öləcək. Bu xəbər krala çox təsir edir. O, kral olduğu illər ərzində hər ayın 21-də bütün işlərini təxirə salır, öz otağında tənha əyləşir, heç kimlə görüşmür və dövlət işləri ilə maraqlanmırdı. O, hər ayın 21-də belə etməklə özünü ölümdən qoruyacağını düşünürdü. Amma qorxduğu başına gəldi. Fransa Burjua inqilabında yakobinçilərin təkidi ilə 1791-ci ilin 21 iyul tarixində kral XVI Lyüdoviki və onun xanımı Mariya Antuanettunu həbs edirlər. Bundan bir il sonra, 1792-ci ilin 21 sentybar tarixində Fransa respublika elan olunur və kral hakimiyyəti ləğv olunur. Dəhşətli məqam bundan ibarətdir ki, 1793-cü ilin 21 yanvar tarixində XVI Lyüdovik və onun xanımını başlarını kəsməklə edam edirlər. *** 1867-ci ildə İtaliya taxt-tacının vəliəhdi olan hersoq D’Aosta adlı zadəgan digər zadəgan nəslinin nümayəndəsi olan və gözəlliyi ilə seçilən Mariya del Poççodella Kisterna adlı xanımla ailə həyatı qurur. Bir-birini çox sevən gənclərin xoşbəxtliyi elə də uzun çəkmir. Onları sanki qara kabus izləyir. Toydan bir neçə gün sonra xanımın qulluqçusu olan bir qadın özünü asaraq intihar edir. Sonra isə saray qapıçısı öz boğazını kəsməklə intihar edir. Bundan sonra kralın katibi atdan düşərək ölür. Bir neçə gündən sonra vəliəhdin yaxın dostu gün vurmasından ölür. Bundan sonra cütlük həmişə qorxu və mübahisə içində xoşbəxt olmayan şəraitdə, sanki cəhənnəmdəki kimi ömür sürürlər. *** Məşhur yazıçı Edqar Allan Po bir gün “Artur Qordon Pim adlı insanın hekayəsi” adlı qorxulu hekayə yazır. Bu hekayədə əsas dəhşət ondan ibarət idi ki, dənizdə batan gəmiçilər, naməlum adada sağ qalmaq üçün gəminin Riçard Parker adlı yunqasını diri-diri kəsib ətini yeyirlər. Ümumiyyətlə, bütün yelkənli gəmilərdə yunqa funksiyasını daşıyan insanlar olur. Yunqa gənc, kapitanın köməkçisi olan, adətən 16-18 yaşlı oğlanlardan seçilir. Gəmidə hamıdan balaca və təcrübəsiz olduğu üçün o, reputasiyaya görə hamıdan aşağı pillədə olur. Dəhşətli fakt bundan ibarətdir ki, bu adi uydurma hekayə sonradan mistik bir hadisəyə çevrilir. Edqar Allan Po bu əsəri yazdıqdan sonra, 1884-cü ildə həqiqətən də Amerikaya yaxın adaların birində “Lace” adlı gəmi batır. Adaya düşən gəmiçilər sağ qalmaq üçün azyaşlı yunqanı diri-diri kəsib yeyirlər. Burda dəhşətli məqam ondan ibarətdir ki, həmin oğlanın adı Edqar Allan Ponun əsərində olduğu kimi Riçard Parker adlanırdı. *** 1887-ci ildə Londonda Qrin Berri Hill küçəsində 3 nəfər qatil edam olunur. Dəhşətli fakt ondan ibarətdir ki, bu edam olunan insanların soyadları müvafiq olaraq Qrin, Berri və Hill olur. *** Texas sakini Allan Folbi bir gün maşın qəzasına düşür. Bu qəzadə o ayaq arteriya damarını zədələyir. O, bu zədəyə görə ölə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz maşınıyla keçən Alfred Smit adlı insan çatır. Alfred dərhal Allana kömək etmək üçün onun ayağını qanqrena olmasın deyə sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Bu köməkdən sonra Allan Fobi ölümdən qurtulutr. Bu hadisədən 5 il sonra dəhşətli mistika baş verir. Allan Fobi artıq çoxdan sağalmış ayağı ilə maşın sürərkən yolda qəzaya uğramış digər bir maşın görür. O, dərhal maşın sürücüsünə yardım etməyə çalışır və görür ki, bu maşın sürücüsünün də ayağında olan arteriya damarı kəsilib. O, həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smit adlı şəxs idi. *** II Dünya müharibəsinin son mərhələsində, müttəfiqlərin Normandiyaya ordu çıxardıb artıq gücdən düşmüş Almaniyaya hücum əməliyyatları həyata keçirdiyi bir vaxtda İngiltərənin “Deyli Teleqraf” qəzeti öz növbəti sayında yeni bir krossvordu oxucuların ixtiyarına verir. Bu krossvordda olan sualların cavabı müvafiq olaraq “Neptun”, “Yuta”, “Omaxa” və “Yupiter” adlanırdı. İngilis hökümət orqanı bunu görüb dəhşətə gəlir. Çünki bu adlar Almaniyaya qarşı həyata keçiriləcək hərbi əməliyyatların gizli kod adları idi. Dövlət dərhal bu məsələni araşdırmaq və həyati önəmli əməliyyatların adlarının bu krossvorda necə düşüyünü aydınlaşdırmaq üçün qəzetlə əlaqə saxlayaraq krossvordun müəllifini tapır. Məlum olur ki, bu krossvordun müəllifi hərblə və dövlətlə elə də əlaqəsi olmayan, qoca bir məktəb müəllimidir. Dövlət həqiqətən də hər şeyi araşdırır və son nəticədə 100% əmin olur ki, bu qocaya bu sirrli məlumatlar heç yerdən çatmayıb. Sadəcə olaraq bu qoca müəllim krossvordu hazırlayarkən bu sözlərdən istifadə edib. *** Ufoloqların dəhşəti ölüm hadisələri hamını şoka salır. Bildiyiniz kimi ufoloqlar, yadplanetli məxluqları və uçan boşqabları araşdıran alimlərdir. Bu alimlərin qorxulu ölüm tarixi bizə yadplanetlilərin mövcud olması ilə bağlı qorxunc siqnal verir. 1964-cü ilin 24 iyununda məşhur ufoloq alim və “Üçan boşqablar səhnəsinin arxasında” adlanan kitabın müəllifi Fren Skalli qəflətən vəfat edir. Bu hadisədən düz 1 il sonra, 1965-ci ilin eyni günündə- 24 iyulda məşhur ufoloq və kinoaktyor Corc Adamskiy qəflətən vəfat edir. 1 il fasilədən sonra, 1967-ci ildə, eyni gündə- 24 iyunda iki məşhur ufoloq alim Riçard Çen və Frenk Edvards qəflətən vəfat edirlər. *** 1965-ci ildə Şotlandiya kəndlərinin birində insanlar kinoteatrda “80 Gün Ərzində Dünya Ətrafında” filminə baxırdılar. Kinoda bir epizodda qəhrəmanlar hava şarına minirlər. Bu epizodu izləyəkən kinoteatrın damına sanki nəsə düşür. Qorxuya düşmüş insanlar çölə çıxanda dəhşətə gəlirlər. Kinoteatrın damına eynən kinoda olduğu kimi eyni rəng və quruluşda olan qəzaya uğramış hava şarı düşür. Şarı idarə edən adam isə bu qəzadan sağ çıxa bilmir. *** Aya ilk olaraq ayaq basmış insan olan, hamımızın yaxşı tanıdığı Neyl Armstronq aya ilk dəfə ayaq basan kimi “Uğurlar arzulayıram, mister Qorski!” cümləsini işlədir. Bu cümlə aparatların yaddaşında qalır. Sonradan bu cümlənin mənasını araşdıran jurnalistlər maraqlı faktın üstünü açırlar. Belə ki, Neyl Armstronq uşaq olarkən onun başına maraqlı bir hadisə gəlir. Belə ki, o təsadüfən qonşuları olan cütlüyün davasını eşidir. Orada evin xanımı öz həyat yoldaşına dava edərkən: “Sənin qonşun, Qorski ailəsinin balaca uşağı sabah Aya uçacaq, sən isə arvadını heç nə ilə xoşbəxt edə bilmirsən” sözlərini eşidir. Neylin ailəsində ata və anasının soyadı Qorski olub. Maraqlı fakt bundan ibarətdir ki, bu sözləri məcazi mənada deyən Neylin ailəsinə qonşu olan xanım heç vaxt ağlına gətirə bilməzdi ki, nə vaxtsa bu balaca uşaq böyüyəcək və əsil həyatda, real olaraq Aya uçacaq. *** İtaliyada 60-cı illərdə yolda iki avtomobil toqquşur. Bəxti gətirən sürücülərdən heç biri zədələnmir. Onlar bu yaxşı ötüşən hadisənin şərəfinə dost olmağı və gecəni yaxınlıqdakı kafedə, içki içib, sağlıq deməklə keçirməyi düşünürlər. Bir-birlərinin adlarını soruşan bu insanlar bir anlıq dəhşətə gəlirlər. Çünki bu insanların hər ikisin adı və soyadı eyni idi. Djakomo Feliçe- bu ad italyan dilində tərcümədə “bəxti gətirən” mənasını verir. *** Məşhur italyan aktyor Merçello Masrtroyanni bir gün dostları ilə məclisdə olarakən piano arxasına keçib qəribə sözləri olan bir musiqini oxumağa başlayır. Bu musiqidə o “Mənim çox xoşbəxt olduğum ev yandı” adlı cümlədən istifadə edir. Elə bu vaxtı ona təcili xəbər çatır ki, onun malikanəsində yanğın baş verib. *** Avstraliyada doğum evində işləyən, soyadı Trillet (hərfi olaraq tərcüməsi “üçlük” deməkdir) olan qadının həyatında 3 rəqəmi böyük rol oynayıb. O, 3 mart günü anadan olub, 3 nömrəli evin 3-cü mərtəbəsində yaşayıb, 3 dəfə evli olub, 3 dəfə övlad dünyaya gətirib və həkim karyerası ərzində 3 dəfə üçüz uşağın doğumuna rəhbərlik edib. *** 1966-cı ildə, ABŞ-ın Salem adlı kiçik şəhərində Roccer Lozer adlı 4 yaşlı uşaq az qala dənizdə batacaqdı. Yalnız bu uşağı ölümdən Elis Bleys adlı qadın xilas edir. 1974-cü ildə isə maraqlı hadisə baş verir. 12 yaşlı Roccer həmin dənizdə batan bir başqa insanı xilas edir. Sonradan məlum olur ki, Roccerin xilas etdiyi bu insan, Rocceri xilas edən Elis Bleys adlı qadının həyat yoldaşıdır.
|