 |
Şrift : |
|
 |
Tarix : | 5-10-2011, 17:36 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 472 dəfə |
Like : |
|
Like : |
|
|
Alba hersoqinyası özündən 24 yaş kiçik məmura ərə gedib
Dünyanın ən böyük nəsillərindən olan Alba hersoqinyası 85 yaşlı Kayetan Fitz Ceyms Stüart 3-cü dəfə evlənib. 7GUN.AZ-ın verdiyi xəbərə görə, Alba hersoqinyası özündən 24 yaş kiçik olan Alfonso Diezə ərə gedib. İspan mediasının “ilin toyu” adlandırdığı evlilik mərasimi hersoqinyanın Sevilyadakı Palacio de las Duenas malikanəsindəki kiçik kilsədə keçirilib. Ailə üzvləri və yaxın dostlarının da iştirak etdiyi toy mərasimini yaxın şəhərlərdə yaşayan əhali də izləməyə gəlib. Toyun səbəbindən Sevilya bələdiyyəsi malikanəyə gedən bütün yolları bağlatdırıb. Bəylə gəlin bal ayını Tailandda keçirəcəklər. Qeyd edək ki, cütlük bir-birini hələ 1972-ci ildən tanıyır.
7GUN.AZ
|