“Kurtlar Vadisi Fələstin” Assancı heyrətləndirib

Şrift : |
Tarix :6-10-2011, 13:18
Bölmə : Maraqlı
Kömək :    
Baxılıb : 503 dəfə
Like :
Like :

    “Ev həbsində olmasaydım Türkiyədə olmaq istərdim”


    "Wikileaks" saytının qurucusu Culian Assanc İstanbulda keçirilən "Yeni Media Düzəni” Konfransında video-konfrans yoluyla çıxış edib.
    "Ev həbsində olmasaydım Türkiyədə olmaq istərdim" deyə sözə başlayan Assanc həqiqətlərin bir insanın qabırğasını qıra biləcəyini söyləyib. Son aylarda dünyanın ən məşhur adamlarından birinə çevrilən Assanc həqiqətin islahat aparmaq üçün kifayət etmədiyini, ancaq bir çox şeyi dəyişdirmə ümidinə sahib olmağı təmin edə biləcəyini deyib. Bu ümidin bir çox ölkədə yaşarmağa başladığını qeyd edən Assanc Yaxın Şərqdəki prosesləri buna misal göstərib.
    "The Guardian" və "New York Times"i ''saxta peyğəmbərlər" adlandıran "Wikileaks"ın qurucusu bunlarla müqayisədə Türkiyə mediasının daha güclü və daha tutarlı mövqedə olduğunu vurğulayıb.
    İki ay əvvəl izlədiyi “Kurtlar Vadisi Fələstin” filminin onu heyrətləndirdiyini də qeyd edən Assanc filmi "Çətin ölüm"ün (Die Hard) türk versiyası olduğunu söyləyib. Filmdə müharibəyə başqa bir nöqtədən baxıldığını, mövzunun müsəlmanları öldürməkdən daha çox İsraillə bağlı olduğunu qeyd edən Assanc bunun bir ziddyyət olduğunu deyib: "Bu da dünyanın indiki vəziyyəti baxımından çox önəmlidir. Mən son dərəcə ümidliyəm. Kommunikasiya və texnologiya inqilabı sayəsində bir çox fərqli perspektivi görə biləcəyik. Bir tərəfdə Die Hard olacaq, amma digər tərəfdə də “Kurtlar Vadisi” olacaq".
    Çıxışından sonra sualları cavablandıran Assanc ABŞ-ın Türkiyədəki nüfuzunu qormaqda qərarlı olduğunu bildirib: "Türkiyə ABŞ tərəfindən regional güc olaraq qəbul edilir. Türkiyə geopolitik baxımdan keçid nöqtəsində yerləşir. ABŞ Türkiyəni yerləşdiyi coğrafiyadakı bütün bölgələrə təsir edə biləcək bir cihaz, vasitə kimi görür. Türkiyədə son zamanlarda inkişaf edən maraqlı proseslərdən biri də bu ölkənin siyası baxımdan özünü tapmasıdır. Bu da İsraildə həyəcan vəziyyəti yaradır. Türkiyə müstəqilliyini inkişaf etdirmək mənasında irəliləyir. Yəni Türkiyə tamamilə NATO-dan və digər ABŞ kəşfiyyat agentliklərindən müstəqildir deyə bilmərik. Türkiyə də digər NATO ölkələri kimi bu sistemin içindədir. Amma bu mərhələdə Türkiyə istənilən hər şeyə dərhal cavab verən bir ölkə deyil. Bu da qürur duyulacaq bir nöqtədir".

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31