 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 18:37 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 835 dəfə |
Like : |
|
Like : |
|
|
Qadına “kafirsən” deyən taksi sürücüsü polis tərəfindən axtarışa verilib
İstanbulun Zincirlikuyu qəbiristanlığının yanında taksiyə minən erməni əsilli M. adlı qadın taksi sürücüsü tərəfindən erməni olduğunu dediyi döyüldüyünü və təhqirə məruz qaldığını iddia edib. Polis hazırda onun şikayəti əsasında həmin sürücünü axtarır. 7GÜN.AZ Türkiyənin “Radikal” qəzetinə istinadən bildirir ki, sürücü taksiyə minən qadına oktyabrın 5-də– “Şivən xarab, yəhudisən, yoxsa erməni” - sualına qadın “Erməniyəm” – cavabını verib. Əvəzində isə gözlədiyi cavabı alıb: “Sizin müqəddəs kitabınızda nə yazılıb, siz kimsiniz, burada işiniz nədir?” Erməni qadın onun təhqirə keçdiyini görüb, sürücüyə maşını saxlamağı tələb edib, hətta o, maşın gedə-gedə qapını açıb düşmək istəyəndə, sürücünün maneəsilə qarşılaşıb. Sürücünün – “Sən kafirsən, cəhənnəmdə yanacaqsan” sözlərinə “Mənə kafir deyə bilməzsən” – cavabını verən qadını taksiçi yumruqlarla döyərək küçəyə atıb. Qaşı partlayan qadına yoldan keçən bir vəkil yardım edib. Vəkil taksinin dövlət nişanını yazıb və qadını yaxınlıqdakı polis bölməsinə aparıb. Zərərçəkmiş bölmədə ifadə verdikdən sonra həmin sürücünün keçmişində zorlanma hadisəsinin olduğunu öyrənincə, qorxuya düşüb və şikayətini geri almaq istəyib. Polislər isə qadına qorxmamağı və şikayətini geri götürməməyi tövsiyyə ediblər.
Hazırda sürücü haqqında cinayət işi açılıb. Qadının vəkili polisin məsələni diqqətlə araşdırdığını deyib. O, bildirib ki, polis rəhbərliyi hadisəyə sıradan bir hadisə kimi yanaşmır: “Diqqətlə maraqlanaraq, cinayət işinin açılmasını təmin etdilər”.
7GUN.AZ
|