"Titanik" gəmisinin göyərtəsinin planı satışa çıxarılıb. Bu unikal tarixi eksponat İda və İsidor Ştrauslara məxsusdur. "Titanik" aysberqlə toqquşub batmağa başlayanda İda Ştraus xilasetmə qayığına minməkdən boyun qaçıraraq əri ilə qalmağa üstünlük vermişdi. Bu səhnə Ceyms Kemeronun "Titanik" filmində də əks olunub. 1912-ci il İngiltərənin Sauthempton limanından yola çıxmış "Titanik"d I sinif göyərtəyə bilet almış 324 sərnişin hamısına göyərtəinin planı paylanmışdı. Ştrauslar ailəsinə verilmiş həmin plan indi hərraca çıxarılıb və onun ilkin satış qiyməti 50 min funt-sterlinqdir.