 |
Şrift : |
|
 |
Tarix : | 18-10-2011, 15:12 |
Bölmə : |
Maraqlı |
Kömək : |
|
Baxılıb :
| 291 dəfə |
Like : |
|
Like : |
|
|
Kosmodromun terminalı və uçuş-enmə zolağının inşaatı 209 milyon dollara başa gəlib
Bu gün ABŞ-ın Nyu-Meksiko ştatında dünyanın ilk özəl kosmodromunun təntənəli açılış mərasimi keçirilib. Britaniyalı milyarder Riçard Brensona məxsus "Virgin Galactic" şirkətinin kosmik aparatları bu yaxınlarda məhz Nyu-Meksikodakı kosmodromdan kosmosa turistlər yollamağa başlayacaq. 7GÜN.AZ Milli.Az xəbər portalına istinadən bildirir ki, bu barədə ABŞ-ın “The İndependent” qəzeti məlumat verib. Məlumatda bildirir ki, kosmodromun terminalı və uçuş-enmə zolağının inşaatı 209 milyon dollara başa gəlib. Həmin vəsaitin bir qismi ABŞ-ın federal büdcəsindən ayrılmışdı. Brenson xüsusi uzadılmış kanatlarla terminalın damına dırmaşaraq terminalın açılışını qeyd edib. Daha sonra o, binanın şüşə divarı ilə aşağı düşüb, bu zaman yığışanları şampan şərabı ilə "sulayıb". Kosmodromun açılışında 150 qonaq, o cümlədən Nyu-Meksiko ştatının qubernatoru Syuzan Martines, Ayda olmuş astronavt Bazz Oldrin və "Virgin Galactic"in bəzi gələcək sərnişinləri olub. Brensonun dediyinə görə, kosmik ekskursiya 2,5 saat davam edəcək, sərnişinlər 5 dəqiqə ərzində kosmosda olacaqlar. Kosmik turizm üçün nəzərdə tutulmuş "SpaceShipTwo" ilk uçuşunu ən yaxın vaxtlarda həyata keçirəcək.
7GÜN.AZ
|