Demi Mur bunu etdi, sonra Britni Spirs və Merayya Kerri təkrarladı
Britaniyadakı "The Bachelor" teleşousunun sabiq qalibi Şeyn Lam da "hamilə və çılpaq"ların sırasına qoşulub.
Demi, Britni və Merayyadan fərqli olaraq, hamilə Şeynin fotosu məşhur jurnalların üz qabığına düşməsə də, şou-biznes ulduzu razıdır.
Onun dediyinə görə, əri Nik Ritçi ilə qərara gəliblər ki, dünyaya gələcək qızlarını Press adlandırsınlar.
2008-ci ilin iyul ayında Ritçiyə ərə getmiş Şeynin dediyinə görə, övladını dünyaya gətirəndən sonra yenidən teleşoulara qayıtmaq fikrindədir.
Milli.Az