Subay xanımlara qızıl məsləhətlər

Şrift : |
Tarix :23-11-2011, 17:27
Bölmə : Maraqlı
Kömək :    
Baxılıb : 510 dəfə
Like :
Like :

    … O xoşbəxt ana yetişmək üçün nə qədər əziyyətli yol qət edirlər.

    Nəhayət, evlilik, toy məqamı çatır. Ancaq niyəsə bəzi hallarda ailənin qurulması ilə dağılması arasındakı zaman məsafəsi heç də uzun çəkmir. Bunun da bir çox əsaslı və əsassız səbəbləri olur. Boşanma hallarında çox vaxt irəli sürülən səbəblərdən biri xasiyyətin uyğun gəlməməsi, qarşı tərəfi heç də belə tanımaması olur. Ona görə də, evliliyə qədər ona məlum olan davranış və xüsusiyyətlərdən lazımi məqamları anlamaq və onu yetərincə tanımaq lazımdır. Biz də bu barədə psixoloqlar tərəfindən subay xanımlara ünvanlanan bəzi dəyərli məsləhətlərdən söz açacağıq. Beləliklə, hansı kişilərə güvənmək və onlarla ailə həyatı qurmaq olmaz?

    1.Dostu olmayan adamla əsla ailə həyatı qurmayın!

    Bu, onun sosiall aşma və ya insanlarla ünsiyyət problemi olduğuna işarədir. Zaman keçdikcə sizin dostlarınızdan da bezərək sizi onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik, bir həyat yoldaşında ən önəmli özəlliklərdən biri sizə ən yaxın dost olmağı bacarmasıdır. Belə ki, dostluq edə bilməyən birinin yaxşı həyat yoldaşı olması olduqca uzaq bir ehtimaldır. Həm də dostları ilə vaxt keçirməyən bir kişi hər zaman sizin yanınızda olmağı istəyər: “Nə olar ki, bir yerdə olanda daha gözəl vaxt keçiririk” deyənlər də olur. Əvvəllər sevdiyiniz insanın sizinlə daha çox vaxt keçirmək istədiyinə sevinsəniz də, əmin ola bilərsiniz ki, bir müddət sonra bu vəziyyət sizi çox bezdirər.

    2. Gülməyən birinə əsla güvənməyin!

    İçindən gülmək gələndə ciddi görünmək üçün özünü tutan, qəhqəhə çəkməyi bacarmayan bir kişi, əsla özü kimi olmayan kişidir. Sizcə, hər zaman özünü olduğundan fərqli göstərən birinə nə dərəcədə güvənmək olar? Buna görə də, səmimi gülməyən, qəhqəhə çəkməyən bir kişiyə güvənməyin. Niyə soyuq və donuq olduğunu başa düşməyə çalışın. Əgər olduğu kimi görünməməyə çalışaraq, insanlarda özü haqqında fərqli fikirlər yaratmaq istəyən biridirsə, ondan uzaqlaşın, güvənməyin.

    3. Yola düşmüş qatarın dalınca qaçmayın!

    Siz stansiyada gözləyən sərnişin, kişilər isə o stansiyadan keçən qatar kimidirlər. Qatara gecikmisinizsə, qətiyyən arxasınca qaçmayın, bu, sizə zərər verər. Hər necə olsa da, stansiyaya başqa qatarlar da gələcək! Gedənin arxasından qaçmaq və ya kədərlənmək, üzülmək yerinə həyatın önünüzə yeni fürsətlər çıxarmasına imkan yaradın. Gedən gedib artıq, amma gələn… Bəlkə də, həyatınızın sevgisi orada, bir yerdə qarşınıza çıxmağı gözləyir.

    4. Ciddi münasibətə hazır olmadığını deyirsə, daha yaxşı düşünün!

    Qarşınıza çıxan kişi ilə xasiyyətiniz uyğun, aranızda bir sevgi qığılcımı ola bilər. Ancaq bu heç də uzun müddətli bir münasibətə başlamağınıza dəlalət etmir. ” Ciddi münasibətə hazır deyiləm” deyirsə, bunu onun tərəfindən bir naz kimi düşünüb keçəcəyini fikirləşməyin. Hazır deyilsə, o insanı narahat etməyin, sonra üzülən siz olarsınız. Evlilik mərhələsinə hazır olmadığını bilən bir kişi ilə flört də, evlilik də bir müddət sonra cəzaya çevriləcək.

    5. Özünüzə hörmət qoyun!

    Qadınların ən çox yol verdiyi səhv – həyatımıza biri daxil olar… Sevərik, onu ucaldar, yerə-göyə sığdırmazlar. Onu həyatlarının “hər şeyinə” çevirərlər. Onun üçün yaşayar, onunla bir yerdə olduqları vaxtlarda xoşbəxt olarlar. Əsl səhv olan budur. Başlanğıcdan diqqətli olun! Özünüz üçün ondan ayrı bir vaxt da ayırın. Həyatınızın ondan xaricdə qalan hissəsi böyük bir boşluq olmasın. Gəzin, kitab oxuyun, dostlarınızla vaxt keçirin, qısacası, özünüzə vaxt ayırmağı unutmayın əsla.

    6. Xobbiləri olan kişilərə üstünlük verin!

    Həyatı sadəcə işdən ibarət olan bir kişi evlilikdə, ya da uzunmüddətli münasibətlərdə çox darıxdırıcı biri olur. Xobbiləri olan kişi isə sonsuz hekayələri ilə həyatınızın sonuna qədər sizi əyləndirməyi və təəccübləndirməyi bacara biləcəkdir. Evlənmək üçün özü ilə qalmağı bacaran, xobbilərinə zaman ayıran bir kişiyə üstünlük verin.

    7. Əkizinizi axtarmayın!

    Həyatınızı sizinlə eyni özəlliklərə sahib birini axtarmaqla keçirməyin. Sizinlə tamamilə eyni zövqlərə və düşüncələrə sahib biri ilə həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Önəmli olan, hər ikinizin sahib olduğu fərqli yönlərin bir-birini tamamlaya bilməsidir. Tanış olduğunuz insana bir az vaxt verin, xüsusiyyətlərini tanımağa çalışın. “Mənə oxşamır” deyib öncədən fikir yürütməyin. Sizə heç bənzəməyən biri ilə birlikdə olmaqdan zövq alıb, ondan çox şeyləri öyrənə bilərsiniz. Bu fərqliliyi bəziləri müxtəlif cür yoza bilərlər. Amma bir şeyi unutmaq lazım deyil ki, hər şey müxtəlif olsa da, mədəni səviyyələriniz arasında mütləq bir bağ olmalıdır.

    8. Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin!

    Bəli, ola bilər bu dəqiqə ən çox onu sevirsiniz…Amma həyatdır, nə olacağı əvvəlcədən bəlli olmur. Ayrılıq da sevginin bir hissəsidir. Hər sevgidə ayrılıq olmur, ancaq sizin sevginizdə ayrılığın heç vaxt olmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də, oğlanın adını bədəninizə döydürüb ömrünüzün sonuna qədər insanlara kimin adı olduğunu izah eləmək məcburiyyətində qalmayın.

    9. Çətin xarakterli kişilərdən uzaq durun!

    Çətin xarakterli kişilər kimlərdir: qısqanc kişilər, işə vurğun kişilər, bağlanmaqdan qorxan kişilər və təbii ki, şorgöz kişilər… Bu 4 çətin xarakterli kişi tiplərindən hansı biri iləsə qarşı-qarşıyasınızsa dəfələrlə düşünün.
    Sonda hər birinizə doğru seçim etməyi və özünüzə layiq olan insanla ailə qurmağı diləyirik…/merkez.az


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31