Yaxşı insan, pis insan

Şrift : |
Tarix :25-11-2011, 12:47
Bölmə : Maraqlı
Kömək :    
Baxılıb : 319 dəfə
Like :
Like :

    Bir hökmdar bir gün valilərinin ağlını və zəkasını ölçmək istədi.

    Əvvəlcə hökmdar zalımlığı və xəsisliyi ilə seçilən və xalqının nifrətini qazanan bir valisini hüzuruna çağırdı. Sonra da ona bu əmri verdi:
    - Sənə bütün ölkəni gəzməyi və həqiqətən də yaxşı bir insan tapmağı əmr edirəm…
    Vali:
    - Baş üstə, hökmdarım!.. – deyərək hökmdarın hüzurundan çıxdı və onun dediyi yaxşı insanı axtarmağa başladı. Çox yeri gəzdi, çox insanla danışdı və nəhayət neçə vaxtdan sonra hökmdarın hüzuruna çıxaraq bunları dedi:
    - Hökmdarım, əmr etdiyiniz kimi bütün ölkəni qarış-qarış gəzdim və sizin dediyiniz yaxşı insanı axtardım. Ancaq nə yazıq ki, belə bir insan yoxdur. Kimisi ancaq özünü düşünür, kimisi də ancaq malını. Heç bir yerdə həqiqətən də yaxşı bir insana rast gəlmək mümkün deyil…
    Hökmdar aldığı bu cavabdan məyus oldu və əvvəlcədən qərara aldığı kimi onu valilik vəzifəsindən azad etdi…
    Daha sonra hökmdar səxavəti və xeyirxahlığı ilə seçilən və xalqının sevgisini qazanan bir valisini hüzuruna çağırdı. Sonra da valiyə bu əmri verdi:
    - Sənə bütün ölkəni gəzməyi və həqiqətən də pis bir insan tapmağı əmr edirəm…
    O da:
    - Baş üstə, hökmdarım!.. – deyərək hökmdarın hüzurundan çıxdı və onun dediyi pis insanı axtarmağa başladı. Çox yeri gəzdi, çox insanla danışdı və nəhayət neçə vaxtdan sonra hökmdarın hüzuruna çıxaraq bunları dedi:
    - Hökmdarım, əmr etdiyiniz kimi bütün ölkəni qarış-qarış gəzdim və sizin dediyiniz pis insanı axtardım. Ancaq nə yazıq ki, belə bir insan yoxdur. Kimisi aldanmışdır, kimisi də bilmədən hərəkət edir. Ancaq heç bir yerdə həqiqətən də pis bir insana rast gəlmək mümkün deyil…
    Hökmdar aldığı bu cavabdan razı qaldı və əvvəlcədən qərara aldığı kimi onu baş vəzir vəzifəsinə təyin etdi…/ailem


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31