Sarkozi ermənilərin “soyqırım”a məruz qaldığını dedi

Şrift : |
Tarix :6-10-2011, 14:47
Bölmə : Müsahibə
Kömək :    
Baxılıb : 313 dəfə
Like :
Like :

    Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaza səfəri ərəfəsində “Medimaks” agentliyinə müsahibə verib. O bildirib ki, artıq Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının zamanı çatıb. Ancaq Sarkozi müsahibəsində ermkənimeyilli siyasətini də gizlədə bilməyib. Müsahibəni diqqətinizə çatdırırıq:


    - Cənab prezident sabah birinci dəfə olaraq Ermənistana səfər edəcəksiniz. Səfərdən nə gözləyirsiniz?

    - Bu, mənimçün cox əhəmiyyətlidir. Çoxdan Ermənistana səfər etmək niyyətindəydim. Bu barədə prezident Sarkisyana da demişdim. İndi bu səfər Ermənistanın müstəqilliyinin 20 illiyinə təsadüf edir. Həmin amil gəlişimi daha da əhəmiyyətli edir. Mənim gəlişim, habelə Sarkisyanın ötən həftə Fransaya səfərindən sonra ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirəcək. Xalqlarımızın dostluğunun kökləri daha dərinə gedir. Vaxtilə ermənilər “soyqırıma” məruz qalanda Fransa minlərlə erməniyə qucaq açaraq onları ölümdən qurtardı. Həmin addım bu baxımdan Ermənistan-Fransa əlaqələrini daha da möhkəmlətdi. Onu da nəzərinizə çatdırım ki, hər kəs özündə cürət tapıb ermənilərin başına gələnləri öz adı ilə, yəni “soyqırım” adıyla çağırmalıdır. Fransa ilk dəfə olaraq erməni “soyqırımını” rəsmən tanıması ilə fəxr edir.

    Səfərim erməni kökənli 100 min fransız vətəndaşlarına hörmətimin əlamətlərindən biridir. Çünki indiki, Fransa onların köməyi ilə yaranıb. Məhs o cür insanların əməyi nəticəsində fransız və erməni xalqlarının ürəyi bir yerdə döyünür. Məhs onlar bizim xaqları yaxınlaşdıraraq dostluqdan da irəli apardılar və biz indi qardaş kimiyik. Və nəhayət, bu səfər zamanı Ermənistanın müstəqilliyinin 20 illik yubileyi ilə əlaqədar öz hörmət və ehtiramımı erməni xalqına çatdıra biləcəm. Regiondakı çətin vəziyyətə baxmayaraq siz böyük işlər görə bildiniz. Ölkənizdə demokratiya, effektli bazar iqtisadiyyatı yarada bildiniz. Əlbəttə ki, çətinliklər də var. Əsasən Fransanın da ATƏT-in Minsk qurupunun həmsədri kimi cəlb olunduğu Dağlıq Qarabağö problemi həll olunmamış qalır. Əminəm ki, Ermənistan siyasi və iqtisadi islahatları davam etdirməklə öz gələcəyini təmin etmiş olacaq. Və bu işdə Ermənistan daim Fransanın köməyinə arxalana bilər.

    - Fransa Minsk Qrupunun həmsədrlərindən biridir. Bəzi mütəxəssislər Ermənistan və Azərbaycan arasında baş verən münaqişəyə münasibət bidirərkən İkinci Dünya müharibəsindən sonra Almanıya və Fransa arasında yaranmış gərginliyi yada salırlar. O zaman Parıs və Berlin özlərində güc tapıb gərginliyi həll edə bildilər. İndi bu iki dövlər Avropa Birliyində ən yaxın müttəfiqdirlər. Sizcə bu analoqiyanı bizim problemlə nə qədər əlaqələndirmək olar?

    - Fransa və Almaniya məsələsi sübut etdi ki, ən çətin problemləri həll etməklə, bir-birinə düşmən olan millətləri bir araya gətirmək olar. Xalqlar barışana qədər öz aralarında 3 dəfə ciddi müharibə aparmışdılar. Birinci Dünya müharibəsində Fransa və Almaniya xalqları təsəvvürə gəlməz dərəcədə döyüşürdülər. İkinci Dünya müharibəsində də həmçinin. Nəhayət xalqlarımız özlərndə güc taparaq bu düşmənçiliyə son qoydular. Və bu gün aramızda yaranan dostluğun analoqu yoxdur. Bu dostliq Avropanın qurulmasında möhkəm təməl rolunu oynayır.

    Bu nəticəyə gəlmək üçün gərək general de Qoll və kansler Adenauer kimi şəxsiyyətlər olsun. Məhz onlar özlərində cəsarət taparaq sülhə nail oldular. Əsl dövlət adamı kimi müharibədən sonra öz xalqlarını sülhə inandıra bildilər. Ermənilər və azərbaycanlılar da məhs bu yolu seçməlidir. Sizin üçün də sülh namınə riskli addımların atmağın zamanıdır. Çünkü status-kvonu saxlamaqdan təhlükəli şey yoxdur. Bu vəziyyət qaldıqca illüziya yaranır, qisas hisləri güclənir və sülh əldə edilməsi çətinləşir. Fransadan başqa heç bir ölkə Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu başa düşə bilməz. Bununla belə, müharibədən 17 il keçib. Və çoxlu qan tökülüb, insanlar əziyyət çəkib. Məncə bu problemin sülh yolu ilə həll olunmasının zamanı yetişib. Məhz bu fikirləri Ermənistandan sonra Azərbaycana səfər zamanı prezident İlham Əliyevə bildirəcəm.

    - Fransanın konfliktlərin həllində böyük təcürbəsi var. Buna misal kimi 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibədə göstərdiyi sülhməramlı rolunu göstərmək olar. Fransa və yaxud AB Qarabağ probleminin həll olunması üçün əsas gücü öz üzərinə götürə bilərmi?

    - Son illər Avropa Birliyi Cənubi Qafqazda öz mövqeyini artırıb. Bu mövqe Şərq Tərəfdaşlığı çərçivəsində daha da güclənir. Və Fransa bu məsələdə həmişə dəstəkçi olubdur. Fransa istəyir ki, Avropa Birliyi Ermənistan da daxil olmaqla region ölkələri ilə sıx əməkdaşlıq etsin. Qafqaz Avropa Birliyi üçün strateji bir regiondur. Ona görə AB ilə əməkdaşlıq üç Qafqaz ölkəsində demokratiyanın və dialoqun inkişafına dəstək ola bilər. Qarabağ probleminin həlli üçün Minsk Qrupu formatı mövcuddur. Minsk Qrupunun həmsədrləri münaqişədə olan hər iki tərəfin güvənini qazanıb, bütün gücünü problemin həllinə yönəldib. Bununla belə, gərək əvvəlcə siz ermənilər və azərbaycanlılar bir yol tapasınız. Biz sizə bu yolu bir yerdə addımlamağa kömək edə bilərik. Amma sizin əvəzinizə sülh yarada bilmərik.

    - Fransa həmçinin Ermənistan-Türkiyə sülh prosesinə də cəlb olunmuşdu. 2 il bundan əvvəl sülh protokolu imzalanan da tədbirdə Fransanın xarici işlər naziri Bernar Kuşner də iştirak edirdi. Türkiyə-Ermənistan münasibətlərinin perspektivini görürsünüzmü? Fransa bu münasibətlərə necə təsir edə bilərmi?

    - Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı imzalanan protokol cox böyük ümidlər yaratmışdı. Hazırda proses dalana dirənib, mən isə bundan təssüf hissi keçirirəm. Prezident Sarkisyan Parisdə olanda böyük müdriklik göstərərək bəyan etdi ki, Türkiyə hazır olanda Ermənistan bu protokolu ratifikasiya etməyə hazırdır. Ümid edirəm ki, proses tezliklə bərpa olunacaq.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31