Azərbaycanlı alim dünya elmində yaratdığı sensasiyadan danışdı

Şrift : |
Tarix :21-11-2011, 18:13
Bölmə : Müsahibə
Kömək :    
Baxılıb : 417 dəfə
Like :
Like :

    Telman Əliyev: "Biz Tacikistan, Gürcüstandakı zəlzələləri də qeyd etmişdik"

    Zəlzələ dünyada ən çox insan ölümünə, dağıntılara yol açan təbii fəlakətdir. Elm texnologiya sürətlə inkişaf etsə də bəşəriyyət hələ də bu fəlakətin qarşısında çarəsizdir. İllərdir aparılan araşdırmalar, tədqiqatlar, xərclənən milyonlarla dollar pul zəlzələni öncədən bilməyə imkan vermir. Ancaq dünya yaxın vaxtlarda bu problemin həlli ilə tanış ola bilər. Özü də azərbaycanlı alimlərin sayəsində. Belə ki, azərbaycanlı alimlər ötən ay Türkiyənin Van vilayətində baş verən və çox sayda tələfata, dağıntıya səbəb olan 7,2 bal gücündəki zəlzələnin siqnallarını 12 saat əvvəldən alıblar.

    Bu barədə texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Professorun sözlərinə görə, Van zəlzələsindən əvvəl yaranan siqnallar Azərbaycanın Şirvan rayonu və Qum adasındakı stansiyalarında qeydə alınıb, nəticədə 500 kilometr radiusdakı bölgədə zəlzələ olacağı barədə məlumat əldə edilib. Bununla yanaşı, elm adamı tətbiq etdikləri sistemdən əmin olduqlarını, ancaq hələ tamamlanmaması səbəbiylə təmkinli yanaşdıqlarını vurğulayıb.

    Azərbaycanlı alimin ixtirası dünya mətbuatının da dqqətini cəlb edib. Belə ki, həm "Mir" telekanalı, həm də Türkiyənin "TRT" telekanalı sensasion yenilik haqqında reportajlar hazırlayaraq yayıblar.

    T.Əliyev Azərbaycanın öz kəşfi haqqında ANS PRESS-in suallarını cavablandırıb.

    - Telman müəllim, sizin bu dünyaya səs salmış üsulunuzun yeniliyi nədədir?

    - Bizim istifadə etdiyimiz üsul bu gün elmə məlum deyil. İndiyə kimi seysmik stansiyalar seysmik siqnalın özünün xarakteristikasına görə gücü və sairəni tapırdılar. Bizim texnologiya yenidir, bu, “küylərin analizi” - “Küylərin “robust noise” (dəyişməz səs) analiz texnologiyası” adlanır. İlk dəfə bu texnologiyanı Azərbaycan yaradıb. Hər bir siqnalı hara isə ötürəndə onun ətrafında istəsək də, istəməsək də küy yaranır. O küy siqnalın xarakterini dəyişir. Robust o deməkdir ki, küy siqnalın xarakterini dəyişə bilməz. Yəni küyün təsirindən aldığımız nəticə dəyişmir. Biz bu texnologiyaya siqnalın robust analizi texnolgiyası deyirik. Burada isə biz həm siqanlı robust analiz, həm də küyü analiz edirik. Bizim analiz etdiyimiz texnologiya fərqlidir. Bu texnologiyanı ilk dəfə 2003-cü ildə Nyu Yorkda monoqrafiya şəklində çap edirmişəm. İkinci kitabım isə 2007-ci ildə Londonda çap olunub. Qərb universitetləri bunu tədris kimi qəbul ediblər.

    - Texnologiya necə işləyir?

    - Yerin üstündə sensorlar - seysmik qəbuledicilər yerləşdirirlər. Yer tərpənəndə bu stansiyalar onu tutur və zəlzələ olduğunu deyirlər. Anomal seysmik proses başlayanda yerin 30- 15 km dərinliyində tədricən təzyiq artmağa başlayır. İki cür dalğalar yaranır. Bunlardan biri infroaşağı tezlikli seysmik dalğalar, ikincisi isə seysmoakustik dalğalardır. Təzə başlayanda onlar heç biri yerin səthinə gəlib çatmırlar. Çünki, gücü çatmır. Yerin müxtəlif təbəqələrinin tezlik xarakteristikası seysmoakustik dalğaları yuxarı buraxmır. Mən şəxsən fikirləşdim ki, ola bilər ki, həmin dalğalar yerin altı ilə təbəqələr arası uzaqlara gedir, yuxarı qalxa bilmir. Ola bilər ki, əks olunur. Fikirləşdim ki, biz gərək neft quyusundan istifadə edək. Əgər bu, neft quyusuna çatsa, o səs sürəti ilə küy şəklində qalxacaq. Yuxarıda bir mikrofon qoymaqla biz onu tuta bilərik. Mən bu ideyanı deyəndə çox adam dedi ki, bu, ola bilməz. Ancaq mən fikrimdən dönmədim.

    - Hazırda neçə belə quyu var və neçəsinin hazırlanması nəzərdə tutulub?

    - Bizim Şirvandakı quyunun dərinliyi 5 min metrə yaxındır. Qum adasındakı isə 3500 metrdir. Hələlik iki quyudur. İndi biz daha ikisini hazırlayırıq. Bunlardan biri Siyəzəndədir. Onu artıq bitiririk. Daha biri isə Naftalanda olacaq. İki quyunun köməyi ilə biz indi ancaq radiusu bilirik. Məsələn, 300- 500 km radiusda zəlzələ olacağını deyə bilərik. Ancaq onun harada olacağını bilmirik. Quyuların sayı 4 olandan sonra biz koordinatı da tapa bilərik.
    İlk stansiyanı Qum adasında quraşdırmışdıq. Çünki bura zəlzələ ocaqlarına yaxındır. Ancaq biz Tacikistan, Gürcüstandakı zəlzələləri qeyd etdiyimizi görəndə, Şirvanda da birini düzəltdik. Gördük ki, bu, Vanı da tutdu. Stansiyaların çox uzaqdan təkanları tutması gözlənilməz oldu. Bu, dünya elmində, təcrübəsində böyük bir sensasiyadır.

    - Bu ixtiraya görə patent alınıb?

    - Bizim patentlərimiz var, 2005-ci ildə almışıq. Biz çox ciddi işləyirik. Bizim işlərin səviyyəsi nə Yaponiyadan, nə də başqasından aşağı deyil. Azərbaycan cəmiyyətinin sadəcə bizim işlərdən xəbəri yoxdur. İşləmək bizim borcumuzdur.

    Bizim cəmiyyətimiz elmlə maraqlanmır. Elm ona qoyulan xərci dəfələrlə ödəyə bilən bir sahədir. Hələlik bizdə camaatda bu fikir yoxdur.

    Bizi narahat edən odur ki, elmə münasibət o qədər də obyektiv deyil. Elmsiz xalqın gələcəyi yoxdur. Gərək gənclərə alternativ yolları da göstərəsən. Söhbət bizim ölkənin gələcəyindən gedir. Gərək biz milləti başa salaq ki, elmlə də dolanmaq, yaşamaq olar.

    - Zəlzələ barədə xəbərdarlıq alandan sonra radiusda olan ölkələrə xəbərdarlıq edilir?

    - Zəlzələ elə şeydir ki, gərək onun yerini dəqiq bilib deyəsən. Biləndən sonra onu ancaq rəhbərliyə demək olar. İnsanlara zəlzələ olacağını desən onlar təşvişə düşər, basabas yaranar. Ümid edirik ki, digər 2 stansiyamız (Naftalan və Siyəzəndəki red) da fəaliyyətə düşəndən sonra zəlzələnin yerini əvvəlcədən dəqiq deyə biləcəyik.

    ANS PRESS


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31