 |
Şrift : |
|
 |
Tarix : | 16-12-2011, 14:33 |
Bölmə : |
MANŞET |
Kömək : |
|
Baxılıb :
| 292 dəfə |
Like : |
|
Like : |
|
|
Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib
Bu il Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bunu Dövlət Sərhəd Xidmətində (DSX) 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev bildirib. Onun sözlərinə görə, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs və terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyənləşdirilib.
Qeyd edək ki, hesabat dövründə axtarışda olan 1307 şəxs DSX-nin əməkdaşları tərəfindən tutulub, 434 nəfərin ölkədən çıxışı qadağan edildiyi üçün Azərbaycandan çıxmasına icazə verilməyib. 251 nəfər isə ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmayıb.
|