 |
Şrift : |
|
 |
Tarix : | 11-01-2012, 13:49 |
Bölmə : |
MANŞET |
Kömək : |
|
Baxılıb :
| 302 dəfə |
Like : |
|
Like : |
|
|
Bakalavrlara kömək məqsədilə materiallar təqdim olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» xüsusi buraxılışının 1-ci sayında 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını dərc edib. Buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə aşağıdakı materiallar da təqdim olunur:
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri; Açıq test tapşırığı nümunələri; Xarici dillər üzrə qəbul imtahanı proqramları; İnformatika üzrə qəbul imtahanı proqramı;
Qeyd edək ki, magistratura ixtisaslaşmaları üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəlləri jurnalın növbəti sayında dərc olunacaq.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcəkdir).
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
|