“Azərbaycanın dəstəyindən razıyıq və bu dəstək davam edəcək” -

Şrift : |
Tarix :24-01-2012, 11:31
Bölmə : MANŞET
Kömək :    
Baxılıb : 409 dəfə
Like :
Like :

    Hulusi Kılıç: “Senat qanun layihəsini qəbul etsə, başda Azərbaycan və Türkiyə olmaqla bütün Minsk Qrupu ölkələri tərəfsizliyini itirmiş bir vasitəçinin həmsədrliyi məsələsinə yenidən baxılması üçün təşəbbüs göstərməlidirlər”

    Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın müsahibəsi.

    - Hörmətli səfir, Fransa Senatı bu gün uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanunu müzakirə edəcək. Bu barədə nə demək istərdiniz?

    - Bildiyiniz kimi, qanun layihəsi Senatın Qanunlar komissiyasında rədd edildi və onun Konstitusiyaya zidd olduğu bildirildi. Fransa Senatının da sağlam düşüncə ilə hərəkət edərək bu qanun layihəsini Qanunlar Komissiyasında olduğu kimi rədd etməsini gözləyirik. Türkiyənin tarixinin uzaqda olan başqa bir ölkənin siyasətçiləri tərəfindən mühakimə edilməsi beynəlxalq hüquqa zidd, türk millətinə və tarixçilərə qarşı hörmətsizlikdir. Aydındır ki, bu, heç kimə fayda gətirməyəcək. Belə bir qərar hüququn, insan hüquqlarının, söz və düşüncə azadlığının açıq-aydın pozulmasıdır. Bundan başqa, Fransa parlamentinin ötən il dekabrın 22-də qəbul etdiyi qərar əslində Fransanın Minsk Qrupundakı həmsədrliyinin obyektivliyini şübhə altına alır. Layihənin Senatda qəbul edilməsi artıq Fransanın Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupunun həmsədri olaraq vasitəçilik missiyasını davam etdirə bilməyəcəyinin isbatı olacaq. Belə vəziyyətdə başda Azərbaycan və Türkiyə olmaqla bütün Minsk Qrupu ölkələri tərəfsizliyini itirmiş bir vasitəçinin bölgədə sülhə xidmət edə bilməyəcəyi reallığına əsaslanaraq Fransanın həmsədrliyi məsələsinə yenidən baxılması üçün təşəbbüs göstərməlidirlər. Bu gün Fransada 550 min türk yaşayır. Belə bir qanun qəbul edilərsə, Fransada sülh və əmin-amanlıq yox olacaq və xalqlar arasında kin, nifrət və düşmənçilik toxumları əkiləcək. Bu qanunun müəyyən dairələrin səslərini qazanmaq naminə qəbul edilməsi Fransanın qısa, orta və uzunmüddətli mənafeləri ilə üst-üstə düşmür. Bundan yalnız fransız xalqı zərər görəcək.

    - Bu qanunla bağlı Azərbaycanın Türkiyəyə dəstəyini necə qiymətləndirirsiniz?

    - Bu məsələ Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı. Azərbaycanın dəstəyindən razıyıq və bu dəstək davam edəcək. Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin açıqlamaları, Milli Məclisin Fransa Senatına müraciəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Sarkozi və Fransa Senatına müraciəti, müxalifət partiyalarının verdikləri açıqlamalar, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının açıqlamaları, qardaş Azərbaycan xalqından gələn etirazlar, Azərbaycan diaspora təşkilatlarının təşkil etdiyi etiraz aksiyaları bizi məmnun etdi. Keçən həftə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Bakıya səfəri zamanı əldə etdiyimiz əlavə məlumatlara görə, Azərbaycanın bəzi təşəbbüsləri olub. Hansı ki mətbuatda öz əksini tapmayıb...

    - Bunlar hansı addımlardır?

    - Keçən həftənin sonlarında Azərbaycan tərəfdən aşağıdakı konkret addımlar atılıb: Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin Fransa Senatına müraciəti, Milli Məclis tərəfindən yenidən Türkiyəyə dəstək açıqlamasının verilməsi, Fransanın Bakıdakı səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilərək ciddi narahatlıq hissinin bildirilməsi, Parisdəki Türkiyə və Azərbaycan səfirlərinin Fransa Senatı və Xarici İşlər Nazirliyinə birgə müraciət etməsi, diaspora təşkilatlarının Parisdə və Bakıda təşkil etdikləri etiraz aksiyaları, bəzi tenderlərdən fransız firmalarının çıxarılmasını göstərmək olar. Fransada məsul şəxslərin və Fransanın bu bölgədəki maraqlarını dərk edənlərin Türkiyə ilə Azərbaycanın həmrəyliyini gördüklərini, Fransadakı ictimai sabitliyi pozacaq, xalqlar arasında kin və nifrəti qızışdıracaq bu əsassız qanun layihəsinin qəbul edildiyi təqdirdə nələri itirəcəklərini dərk etdiklərini düşünürəm. Senatın Qanunlar Komissiyasında olduğu kimi, sağlam düşüncəli və hüquq prinsiplərinə uyğun şəkildə hərəkət edərək bu qanunu rədd etməsini gözləyirik.

    Bununla əlaqədar qanun layihəsi gündəmə gətirildikdən sonra bütün rəsmi qurumlara verdiyi təlimatlardan ötrü prezident İlham Əliyevə, eyni zamanda Prezident Administrasiyasına, Milli Məclisin sədrinə və üzvlərinə, Xarici İşlər Nazirliyinə öz təşəkkürümüzü çatdırırıq. Ayrıca Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, müxalifət partiyalarına, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına təşəkkür edirik.

    APA


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31