Əxlaqsızlıq yuvaları müştərilərini lentə alır -ŞOK

Şrift : |
Tarix :18-02-2012, 19:00
Bölmə : MANŞET
Kömək :    
Baxılıb : 599 dəfə
Like :
Like :

    "CLEAR" və “GRAND” otellərində nə baş verir?


    Bu gün dünyanın hər bir yerində olduğu kimi kimi, Azərbaycanda da HİV virusuna yoluxanların sayında artım müşahidə olunur. Məsələ burasındadır ki, qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan da istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə yüklənir və bu belə də olmalıdır. Söylənilənlərə misal olaraq, narkomaniyanın, yoluxucu xəstəliklərin, əxlaqsızlığın, epidemiyaların artmasını göstərmək olar. Respublikamızla qonşu dövlətlərin, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra Azərbaycana da transfer edilir. Yəqin ki, söhbətin nədən getdiyini anladınız. Bəli, fakt faktlığında qalır - ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır.

    Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir.

    Nəzərinizə çatdıraq ki, bu cür "yuva"lara daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir. Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "CLEAR" və “GRAND” istirahət mərkəzi, qonaqların gecələdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır.

    Adı "mehmanxana" olan bu obyektlərdə vəziyyət tamam başqa cürdür. Belə ki, buranın fərqli profillə ixtisaslaşması obyektlərin xidmətlərindən istifadə edənlərin tərkibini də dəyişdirib. İndi sözügedən obyeklərdən əsasən imkanlı şəxslər, onların ailə üzvləri - övladları istifadə edirlər. Bu yerlərdə də cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır:

    Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar da bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də "CLEAR" və “GRAND” istirahət mərkəzlərinin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvaları açıq-aşkar və çox arxayın şəkildə öz bizneslərini həyata keçirirlər.

    Burada "xidmətlərindən" daha çox istifadə edilən qızlar isə əsasən imkansız ailələrin övladları, ucqar rayonlardan gətirilən gənclərdir. Bəzi qadın alverçiləri "ov"ladıqlarını mehmanxana sahiblərinə baha qiymətə satırlar. Mehmanxana kimi fəaliyyət göstərdiyini iddia edən "CLEAR" və “GRAND” otellərində nələrin baş verdiyini çox gözəl bilən zəngin ailələrin övladları bura tez-tez üz tutur, əylənir, vaxt keçirirlər. Hətta çox maraqlı bir məlumat da əldə etmişik. "CLEAR" və “GRAND” otellərində istirahət edənlərin gizli video çəkilişi həyata keçirilir. Bu barədə də daha ətraflı məlumat verəcəyik...

    Qeyd edək ki, "CLEAR" və “GRAND” restoranları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə ölçü götürmür. Hər iki əxlaqsızlıq yuvaları yüksək çinli məurlar tərəfindən himayə olunur. Biz həmin məmurların kimlər olduğunu da bilirik. Lakin həmin adamların adlarını növbəti yazılarımızda nəzərə çatdıracağıq. Mövzunu davam etdirəcəyik...

    İlhamə Muradova 7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31