 |
Şrift : |
|
 |
Tarix : | 1-12-2011, 18:00 |
Bölmə : |
MANŞET |
Kömək : |
|
Baxılıb :
| 432 dəfə |
Like : |
|
Like : |
|
|
ÖLKƏ BAŞÇISININ GÖSTƏRİŞİNƏ İTAƏTSİZLİK GÖSTƏRƏN DÖVLƏT QURUMLARI MƏLUMDUR
Ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət, bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirlidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Amma bu iş də yarımçıq saxlanıldı. İndi Bakıda mövcud olan sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib. Xüsusilə parlamentin müzakirəsində olan "Sığortanın icbari növləri haqqında" qanun layihəsi qüvvəyə mindikdən sonra sənədsiz evlərin taleyinin necə olacağı sual doğururdu.
Belə ki, yeni qanun sayından asılıolmayaraq vətəndaşların bütün daşınmaz əmlaklarının (yaşayış sahələrinin) icbari qaydada sığorta etdirilməsini qərara alır. Evlərin sənədləşdirilməməsi faktiki qanunun yarımçıq işləməsi demək olacaq.
Nəzərə çatdıraq ki, bu ilin əvvəlində Prezidentin tapşırığına uyğun olaraq bəzi ərazilərdə sənədləşmələr aparılsa da, proses başladığı kimi də dayandırılıb. Səbəb kimi isə bu barədə rəsmi sənədin imzalanmaması göstərilir.
Lakin təhlillər məsələdə maraqlı olmayan tərəflərin olduğunu deməyə əsas verir. Çünki 3 il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankının xəttiylə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da, bu proses də yarımçıq qalmışdı. Bakı və Bakıətrafı ərazilərdə, o cümlədən digər rayonlarda yeni yaşayış obyektlərinin sayı sürətlə artsa da, həmin evlərin qeydiyyata alınması məsələsində müəyyən problemlər qalmaqdadır. Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, vətəndaşların əmlakının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələri ilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də, dövlət orqanlarısənədləri verməkdən imtina edirlər. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılmıştorpaq sahələrinin qanunsuz olduğunu və ya yaşayış üçün nəzərdə tutulmadığınıgöstərirlər.
Mənbənin bildirdiyinə görə bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansı ki, onların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar.
Bələdiyyələrə torpaq sahələrinin satılması qadağan edilsə də, onlar prosesi yenə də davam etdirirlər: "2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edildi. Lakin bələdiyyələr özlərinə çıxış yolu tapıblar. Bəzi bələdiyyələr torpaq sahələrini satarkən onları 2007-ci ildən əvvəlki dövrə rəsmiləşdirirlər. Bundan əlavə, qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələri vasitəsilə həyata keçirilməlidir. Bələdiyyələr qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir, bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar".
Dövlət Neft Şirkəti (ARDNŞ) isə mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxunun bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunduğunu əsas gətirərək vaxtaşırı yaşayış evlərini sakinlərin başına uçurur. Şirkətin son açıqlamalarından birinə görə, ARDNŞ və müvafiq Əməliyyat şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində 3000-ə yaxın iddia qaldırılıb və 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlıq işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti isə bütün sökhasökün içində özünü kənara qoyur. Əslində baş verən qanunsuzluqdarın bütün məsuliyyətini məhz Hacıbala Abutalıbovun kantoru daşımalıdır. Çünki qanunsuzluğun mənbəyinədə Bakı Şəhər İcra Hakimiyyətiinin məmurları dayanır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də öz yaxasını kənara çəkir. Qərib Məmmədovun işçiləri ümumiyyətlə bildirirlər ki, bu işlərin ümumiyyətlə onra aidiyyatı yoxdur. Bildirirlər ki, onlara belə bir səlahiyyət verilməyib və onlarda bu məsələlərin həlli üçün hər hansı mexanizm yoxdur. Komitənin torpaqlara sənəd vermək ixtiyarı yoxdur. Bu məsələ ilə bağlı gərək rayon icra hakimiyyətləri nəsə iş görsün".
Əmlak Məsələləri Dövlət Komitəsindən isə məsələyə münasibət bildirmək istəmirlər. Qeyd edək ki, ölkə Prezidentinin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalı idi.
Bundan sonra yekun variant qəbul edilə bilərdi.
Deyəsən, məsələ lap tapmacaya dönüb.... pia.az
|