 |
Şrift : |
|
 |
Tarix : | 10-12-2011, 15:36 |
Bölmə : |
MANŞET |
Kömək : |
|
Baxılıb :
| 201 dəfə |
Like : |
|
Like : |
|
|
Faiq Fərəcov “Asfar” qapalı futbol kompleksinin ərazisində yaxalanıb
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Qaradağ rayonundakı 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) baş verən insidentlə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı MTCM-də məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun oradan qaçması barədə MTN-ə məlumat daxil olub.
Faktla bağlı MTN-in müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilib və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabrın 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən “Asfar” qapalı futbol kompleksinin ərazisində MTN-nin əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.
|