2011-ci ildə dünyada 106 jurnalist həlak olub.
Dekabrın 19-da “Press Emblem Campaign” beynəlxalq jurnalist təşkilatı belə açıqlama yayıb. Təşkilat bu il həlak olan jurnalistlərin 20-nin “ərəb baharı” hadisələrinin qurbanı olduğunu bildirib.
“Press Emblem Campaign” təşkilatının məlumatına görə, Meksika və Pakistan jurnalistlər üçün ən təhlükəli ölkələrdir. Meksikada 12, Pakistanda isə 11 KİV əməkdaşı həlak olub. Sonrakı yerləri İraq (7 jurnalist) və Liviya (7 jurnalist) tutur.
Filippin, Braziliya, Hondurasın hər birində 6, Yəməndə 5, Somalidə 4, Əfqanıstan, Misir, Hindistan, Peru və Rusiyanın hər birində 3 jurnalist öldürülüb.