VƏKİL MƏHBUS JURNALİSTLƏ GÖRÜŞÜB

Şrift : |
Tarix :20-12-2011, 13:34
Bölmə : Media
Kömək :    
Baxılıb : 136 dəfə
Like :
Like :

    Vəkil Elçin Sadıqov “Xural” qəzetinin həbsdə olan bölgə müxbiri Aydın Canıyevlə görüşüb.
    “Media forum” saytına açıqlamasında Elçin Sadıqov deyib ki, ötən həftə Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında keçirilən görüşdə hüquqi müdafiə işləri ilə bağlı atılacaq addımları müzakirə ediblər.

    Aydın Canıyev sentyabrda tutulub. Həmin vaxt o, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

    Aydın Canıyev noyabrın 21-də Lənkəran Rayon Məhkəməsinin çıxardığı qərarla 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib.

    Elçin Sadıqov deyib ki, məhkəmə hökmünün surəti hələ ki, onlara verilməyib. İttiham aktı isə Aydın Canıyevə yalnız məhkəmə hökmü oxunduqdan sonra təqdim olunub. Vəkil bunu qanun pozuntusu kimi qiymətləndirir.

    Lənkəran Rayon Məhkəməsinin icraatında jurnalistin başqa bir işi də var. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Lənkəran nümayəndəsi Qəni Axundzadə jurnalisti “Xural” qəzetində dərc olunmuş yazısına görə məhkəməyə verib. Qəni Axundzadə təhqir olunduğunu iddia edir. Elçin Sadıqovun sözlərinə görə, Aydın Canıyevin həmin yazısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna linqvistik ekspertizaya gönədirilib. Proses ekspert rəyindən sonra davam edəcək.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31