Jurnalistlərin əyalətlərə səfəri başlayır

Şrift : |
Tarix :11-01-2012, 14:37
Bölmə : Media
Kömək :    
Baxılıb : 229 dəfə
Like :
Like :

    Müstəqil Media İnstitutu problemləri işıqlandırmaq üçün hər həftə reportyorları rayonlara göndərəcək

    Müstəqil Media İnstitutu (MMİ) yeni layihə həyata keçirməyə hazırlaşır. MMİ-dən daxil olan məlumatlara görə, yeni layihə bölgələrlə bağlı olacaq. Belə bir layihənin həyata keçirilməsinə səbəb regionlarda problemlərin çoxluğu və onun mətbuatda yetərli səviyyədə işıqlandırılmamasıdır: “Məlumdur ki, bu gün ən çox haqsızlıqla əyalət insanları üzləşirlər. Rayonlarda məmur özbaşınalığı ilə bağlı şikayətlərin də bu səbəbdən sayı-hesabı yoxdur. Əyalətlərdə yaşanan bu qanunsuzluqların mətbuatda yetərli səviyyədə işıqlandırılmaması da reallıqdır. Elə bu səbəbdəndir ki, regionlarda baş verən özbaşınalıqların heç 5 faizi mətbuatda işıqlandırılmır”.
    MMİ-dən bildirirlər ki, layihə çərçivəsində müxtəlif qəzet və jurnalların regionlara səfərlərini təşkil edəcəklər: “Hazırda rayonlara səfərlər, oradakı problemlərin araşdırılması, işıqlandırılması və digər məqsədlərin həyata keçirilməsi üçün hazırlıq işləri görülər.Əvvəlcə Müstəqil Media İnstitutunun tərkibində komissiya formalaşdırmağa başlamışıq. Həmin komissiyanın işi səfərləri təşkil edəcək, problemləri mətbuatda işıqlandırılmasına nəzarəti həyata keçirəcək. Komissiyanın tərkibi təkcə bizim təşkilatın üzvlərindən ibarət olmayacaq. Qəzet və xəbər portallarının əməkdaşları öz fikir və məsləhətlərini verə biləcəklər. Səfərlərin bütün xərclərini MMİ çəkəcək və jurnalistlərin rayonlarda informasiya əldə etmələrini təmin etməyə çalışacaq”.
    “Bu layihənin uğurlu olacağına tam əminik. Çünki görəcəyimiz iş sırf mətbuatın və əyalətlərdə yaşayan insanların maraqlarına hesablanıb. Rayonlara səfərlərdən sonra ümumi nəticələrlə bağlı hesabat da hazırlanaraq yayılacaq. Eyni zamanda, bu səfərlərdə iqtidar mətbuatının nümayəndələrinin də iştirakını təmin etməyə çalışacağıq ki, onlar da bizimlə bərabər yerlərdə vəziyyətlə tanış olsunlar. Hamısına dəvət göndərəcəyik. Qəbul edib-etməmək artıq onların işidir. Məqsədimiz işimizdə qərəzin olmamasını göstərməklə yanaşı, həm də mətbuatın həmrəyliyini təmin etməkdir” – deyə, MMİ-nin məlumatında qeyd edilir


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31