Ekspertiza İdarəsi saxta rəy verdi -AÇIQLAMA

Şrift : |
Tarix :8-02-2012, 13:38
Bölmə : Media
Kömək :    
Baxılıb : 199 dəfə
Like :
Like :

    Vasif Turan: “Əgər hadisə qısaqapanmadan baş vermişdisə, bunun üçün 4 ay gözləməyə nə lüzum vardı?”

    Məlum olduğu kimi, ötən ilin oktyabrın 7-də Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evi yandırılıb. Həmin olay nəticəsində baş redaktorun iki azyaşlı uşağı yanaraq tələf olub. 7GUN.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı FHN-in İstintaq İdarəsində cinayət işi qaldırılmışdı.

    Baş müstəntiq Qəhrəman Məmmədovun icraatında olan həmin cinayət işi üzrə aparılan istinaq işi bu gün yekunlaşıb. Daha doğrusu, Ədliyyə Nazirliyi Ekspertiza İdarəsinin verdiyi rəyə əsasən törədilmiş hadisə cinayət hadisəsi kimi təqdim olunmayıb. Bu barədə 7GUN.az-a açıqlama verən Vasif Turan bildirib ki, bu gün saat 16:00-da onu FHN-in İstintaq İdarəsinə dəvət dərək, ekspertizanın nəticəsi ilə tanış ediblər. Baş redaktorun dediyinə görə, 4 aydan sonra Ekspertiza İdarəsi hadisənin qəsdən törədilmədiyi barədə “rəy” verib. “Həmin rəydə göstərilir ki, yanğın guya qısaqapanma nəticəsində baş verib. Açıq-aydın görünür ki, bu rəy saxtadır və başdansovdu təyin olunub. Çünki qısaqapanmanı təyin etmək üçün 4 ay vaxt gərəkmirdi. Əgər həqiqətən yanğın qısaqapanmadan baş vermişdisə, o zaman bunun üçün 4 ay gözləməyə nə lüzum vardı?”

    Baş redaktor daha sonra deyib ki, onda hələ hadisədən bir qədər sonra Ekspertiza İdarəsinin saxta rəy verəcəyi barədə əminlik olub. “Belə bir əminliyə səbəb həmin idarənin səriştəsiz, bacarıqsız, pulgir və işinə vicdanla yanaşmayan adamlardan təşkil olunduğuna dair məlumatlarımın olması idi. Həmçinin bizə o da məlum idi ki, ekspertlər üçün insan həyatından daha qiymətli şeylər var və bu səbəbdən də onların obyektiv rəy verəcəyinə inamım olmayıb. Burada insan taleyindən, iki körpənin ölümündən söz gedir. Bunlar vicdanlarını o qədər itiriblər ki, bu faciəyə dırnaqarası baxırlar? Bu bir insanın, bir ailənin həyatı və müqəddəratı ilə oynamaqdan başqa bir şey deyil”.

    Vasif Turan ekspertizanın rəyi ilə razılaşmadığını qeyd edərək vurğulayıb ki, bundan sonra övladlarının başına gətirilmiş faciənin əsas günahkarlarını tapmaq üçün bütün addımları atacaq. “Bundan sonra zəruri olan bütün addımları atacam. Məqsədim uşaqlarımın qatilini tapmaqdır. İlkin mərhələdə məhkəməyə müraciət etmək və alternativ ekspertizanın təyin edilməsi ilə verilmiş rəyin saxta olduğunu isbatlamaqdır”.

    Onu da bildirək ki, baş redaktorun 7GUN.az-a verdiyi geniş müsahibəni sabah oxucularımıza təqdim edəcəyik.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31