 |
Şrift : |
|
 |
Tarix : | 11-02-2012, 14:57 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 162 dəfə |
Like : |
|
Like : |
|
|
Akkreditasiya fevralın 15-dən aprelin 20-dək davam edəcək
Bakıda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsində nümayəndə heyətləri, mətbuat və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb. ANS PRESS-in "eurovision.az" saytına istinadən verdiyi məlumata görə, akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək.
Akkreditasiya prosesi "Eurovision" Mahnı Müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də "Eurovision Family Accreditation System" (EFAS) vasitəsi ilə həyata keçiriləcək. Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.
May ayında keçiriləcək "Eurovision Mahnı Müsabiqəsi 2012" üçün biletlər və otellər barədə ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq.
|