Jurnalistin ailəsinə basqınlar davam edir

Şrift : |
Tarix :24-09-2011, 13:51
Bölmə : Media
Kömək :    
Baxılıb : 335 dəfə
Like :
Like :

    Dünən axşam İdrak Abbasovun qapısına gələnlər “İdraka deyin ağıllı olsun, elə eləməsin ki, onun qulağını kəsək” deyiblər

    Dünən axşam, sentyabrın 23-də axşam saat 21.00 radələrində 20 AA 414 dövlət nömrə nişanlı UAZ markalı avtomobillə “Ayna” və “Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun ailəsinin yaşadığı həyətə yenidən basqın olub.
    7GUN.AZ-a verilən məlumata görə, sözügedən avtomobillə gələn şəxslərdən biri İ.Abbasovun qohumlarını hədələyərək bildirib: “İdraka deyin ağıllı olsun, elə eləməsin ki, onun qulağını kəsək”.
    Jurnalistin 7GUN.AZ -a bildirdiyinə görə ona və ailəsinə qarşı hədələr və təhqirlər davam edir, baxmayaraq ki, o, şəxsi və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı sentyabrın 22-də prezident ilhaç Əliyevə müraciət edib. Sentyabrın 23-də isə İ.Abbasov tərəfindən problemlə bağlı Mətbuat Şurasına müraciət olunub. Bu gün isə, sentyabrın 24-də “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlınski isə jurnalistin başına gələn hadisənin araşdırlması, günahkarların məsuliyyətə cəlb olunması, habelə onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.
    Hadisədən öncə isə, sentyabrın 21-də səhər saatlarında “Niva” markalı 90 AE 764 dövlət nömrə nişanlı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs jurnalistin ailə üzvlərinin yaşadığı həyətə növbəti dəfə qanunsuz soxulublar. Onlar heç bir məsuliyyət hissi keçirmədən jurnalistin ailə üzvlərini təhqir ediblər. “Deyiblər ki, bizə heç nə edə bilməzsiniz. Adam kimi dil başa düşmürsünüz. Elə eləməyin ki, sizi daha betər günə qoyaq”.
    Jurnalistin sözlərinə görə, basqınçılar baş verənlərin ictimailəşdirilməsi ilə Abbasovların heç nəyə nail ola bilməyəcəklərini və növbəti dəfə İ. Abbasovun “ağıllı olmağa” dəvət edilməsini qohumlarından tələb ediblər.
    Sentyabrın 20-dən 21-ə keçən gecə isə saat 22.30 radələrində Binəqədi rayon Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində işdən evə gedərkən yaşadığı evin yaxınlığında ağ rəngli “Niva” markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs İdrak Abbasovun qarşısını kəsərək onu hədələyiblər. Buna qədərsə onun qardaşı Raman Abbasovun qarşısı kəsilmişdi və o da hədələnmişdi.
    Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.
    Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) çatdırılıblar.
    İ.Abbasovun dediyinə görə, xəstəxanada müalicə edilmədiklərinə görə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyevanı (onun vəziyyəti hazırda ağır olar qalır) ötən həftənin sonunda xəstəxanadan çıxarmağa və şəxsi klinikaların birində müalicə etdirməyə məcbur olub. Ata Telman Abbasovun isə bu gün, sentyabrın 24-də 4 saylı şəhər xəstəxanadan ambulatory müalicəyə buraxılacaq.
    Baş verən hadisə ilə bağlı Binəqədi rayon 40 saylı Polis Bölməsində araşdırmalar gedir. Hadisə yerinə baxış keçirilib, ilkin ifadələr alınıb, hadisə yerində foto şəkillər çəkilib. Habelə İ.Abbasov qeyd etdi ki, ailə üzvlərinə xəsarət yetirən şəxslərin bir neçəsinin adı, o cümlədən onların hansı nəqliyyat vasitələri ilə basqında iştirak eləmələri barədə polisdə məlumatlar var.
    Onu da qeyd edək ki, İ.Abbasovun özü barədə polisə xuliqanlıqla bağlı, qardaşları Vaqif Abbasov və Raman Abbasov barədə isə “adam döymə” ilə bağlı şikayətlər verilib. Ailənin hüquqlarının qorunması ilə Media Hüququ İnstitutunun əməkdaşı, vəkil Elçin Sadıqov məşğul olur.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31