“...indi də öz işimlə, yəni “Azadlıq” qəzeti ilə məşğulam” MÜSAHİBƏ

Şrift : |
Tarix :26-09-2011, 11:16
Bölmə : Media
Kömək :    
Baxılıb : 671 dəfə
Like :
Like :

    Qənimət Zahid: “Qorxmaq istəyən adamlar özlərinə həmişə hansısa əsaslar tapırlar”


    Son bir neçə ayda Azərbaycan ictimaiyyəti və media oxucuları bir çox maraqlı və taleyüklü hadisələrin şahidi oldu. Bu hadisələrin ən diqqətçəkəni Şimali Afrikada tüğyan edən və dünyanın siyasi tarixinə “Ərəb baharı” kimi düşən inqilablar idi ki, bu proseslərin ab-havası ölkəmizdən də yan keçmədi.
    Bu ilin mart ayından ölkədə etiraz aksiyaları başladı. Kortəbii şəkildə baş vermiş aksiyaların bir mərkəzdən idarə olunmaması sonucda kütləvi həbslər və aksiyalara birdəfəlik qadağaların qoyulması ilə nəticələndi.
    Bu müddət ərzində təzyiqlə üzləşənlərin içərisində media mənsubları da vardı. Bir müddət bundan öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ölkə ictimaiyyətinə və demokratik düşərgəyə ünvanladığı məktub da bunu sübut edir. O, ailəsinin təhlükəsizliyindən əndişələndiyini deyərək Fransaya sığındı. Artıq media nümayəndələri arasında belə bir rəy formalaşıb ki, baş redaktor ölkəyə qayıtmayacaq və onun yerinə “Azadlıq” qəzetinin digər əməkdaşları iddialıdır. Bütün bunlara aydınlıq gətirmək üçün 7GUN.AZ olaraq hazırda Fransada olan Qənimət bəylə əlaqə saxladıq və bizi maraqlandıran suallar aydınlıq gətirməyə çalışdıq. Qeyd edək ki, onu tapmaq bir o qədər də çətin olmadı. Elə Qənimət bəy də suallarımızı səmimi şəkildə cavablandırdı.

    Eşitdik ki, Fransada ev problemininiz həll olunub. Uşaqlarınızın məktəb problemi də həllini tapdımı?

    Uşaqlar məktəbə getməyə başlayıblar. Sadəcə bəzi texniki-bürokratik problemlər var ki, onları həll etməliyəm. Bu problemlərin həlli ilə məşğulam.

    Digər maddi problemlərinizi yoluna qoya bilmisinizmi?

    Digər maddi problemlər deyəndə nəyi nəzərdə tutduğunuzu açığı, başa düşmürəm. Mən buraya maddi problemləri həll etmək üçün yox, övladlarımı Azərbaycan hökumətinin inzibati terrorundan xilas etmək üçün gəldim və bunu da hər kəsə dəfələrlə açıq bəyan etdim.

    Azərbaycana nə vaxt qayıdacaqsınız, ümumiyyətlə qayıtmaq fikriniz varmı?

    Azərbaycana dönməyim üçün dediyim, hətta xırda sayılacaq bu problemləri həll etməliyəm, sadəcə onlar mənim vaxtımı alır. Azərbaycana qayıtmayacağım isə müzakirə mövzusu ola bilməz. Azərbaycana qayıdacağam, Və mən indi də öz işimlə, yəni “Azadlıq” qəzeti ilə məşğulam, qayıdandan sonra da, təbii ki, bu işlə məşğul olacağam.

    Çoxları deyir ki, Qənimət Zahid mübarizədən yoruldu və bu üzdən ölkəni tərk etdi. Doğrudanmı, mübarizdən yoruldunuz?

    Çoxlarının nə dediyinin mənim üçün böyük önəmi var. Amma bunu nəzərə almasam belə, mübarizədən yorulmaq, geri çəkilmək, sakit həyat seçmək,.. mənim kimi adamların taleyinə yazılmayıb. Başqa tərəfdən, nə yatdıq ki, nə də yuxu görək?.. Azərbaycanda demokratiya uğrunda avtoritar bir rejimə qarşı mübarizə gedir və biz həmişə bu mübarizənin içində olmuşuq, həmişə də orada olacağıq. Avtoritarizmə qarşı mübarizə bizim həyat tərzimizdir və insan öz həyat tərzindən, həm də könüllü və şüurlu olaraq intixab etdiyi həyat tərzindən heç yorulmaz.

    Uzun illər öz vətənində mübarizə aparan bir insan üçün qürbət, qəriblik həyatı yaşamaq çoxmu ağırdı və ya əksinə?

    Mən özümü qürbətdə yaşayan adam saymıram. Hesab edin ki və mən də belə hesab edirəm, ezamiyyətə gəlmiş adam əhval-ruhiyyəsindəyəm. Sadəcə, imkan olanda, görüşə bildiyim qəriblik, qürbət həyatı yaşayan insanlarımıza müəyyən məsləhətlər verə bilirəm. Çox təəssüf ki, Azərbaycandan mühacirət etmiş insanların da əksəriyyəti dəhşətli bir qorxu içindədir və buna heyfsilənirəm. İnsanlar orada qorxunun əlindən qaçıb bu uzaq ölkələrə sığınıblar və onların burada da həmin qorxunu yaşatması məndə ikrah hissi doğurur. Deməli, insanın qorxması üçün onun harada yerləşməsinin elə bir önəmi yoxdur. Qorxmaq istəyən adamlar özlərinə həmişə hansısa əsaslar tapırlar.

    Fransaya getdiyiniz müddətdə dostlarınızla əlaqə saxlamısınızmı?

    Bundan əvvəl 3 ay Türkiyədə oldum. Fransaya gəlişimdən heç 20 gün də keçməyib. Həm Türkiyədə, həm də burada olduğum günlərdə yaxın dostlarımla, qohumlarla, iş yoldaşlarımla əlaqələrim çox intensivdir. Xüsusilə “Azadlıq”ın kollektivi ilə bütün iş günü ərzində əlaqə saxlayıram. Qəzetin yaradıcılıq və texniki məsələləri ilə bağlı müntəzəm olaraq məsləhətləşirik. Kollektivin mənim müvəqqəti olaraq Azərbaycanda olmadığımdan yana hansısa ciddi problemlərinin olduğunu düşünmürəm.

    Şəmşad


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31