 |
Şrift : |
|
 |
Tarix : | 27-09-2011, 17:30 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 339 dəfə |
Like : |
|
Like : |
|
|
«Azadlıq», BBC kimi radiolara şərait yaradırıqsa, başqa ölkələrin də radiolarına o cür şərait yaratmaq imkanımız olmalıdır. Bu isə bizdə ciddi problemlər yaradır deyə, məsələni hüquqi müstəvidə həll etdik ki, Azərbaycanın efir məkanına xarici müdaxilə olunmasın». Bu barədə AzadlıqRadiosuna Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, xarici radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımının dayandırılması hüquqidir: «İndi informasiya texnologiyalarının inkişafının elə mərhələsinə çatmışıq ki, hər hansı informasiyanı əldə etmək problemə çevrilmir. 90-cı illərdən başlayaraq Azərbaycanda xarici radiostansiyalar, televiziyaların yayımlanması o dövrdə qanunvericilikdə olan boşluqdan qaynaqlanırdı. Əksər ölkələrdə xarici yayımçıların ölkə miqyasında yayımı yox dərəcəsindədir. Hesab edirəm ki, internet, peyk vasitəsilə insanların istənilən qədər xarici radiolara qulaq asmaq, xarici televiziyalara baxmaq imkanı var». Milli Teleradio Şurasının qərarı ilə 2009-cu il yanvarın 1-dən xarici radioların Azərbaycanda yerli tezliklərdə yayımı dayandırılıb. Əksər beynəlxalq təşkilatlar bunu Azərbaycanda media sahəsində plüralizmə zərbə kimi qiymətləndirirlər.
7GUN.AZ
|