 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 14:15 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 269 dəfə |
Like : |
|
Like : |
|
|
Qəzetlər üçün ən ümdə məsələnin çappulu probleminin olmasını hətta bu sahəyə yad olan adamlar da təxmin edə bilər. Və bu gün heç bir reklam bazarı olmayan çap mətbuatı yalnız satışının və ianələrin ümidinə qaldığından məhz çappulu problemi səbəbindən qəzetlərin sayı durmadan azalmaqdadır. Bildirək ki, bu problemi hətta hakimiyyətin kurasiyasında olan KİV də yaşamaqdadır. Halbuki həmin mətbu orqanlar davamlı olaraq müxtəlif adlar və bəhanələr altında maliyyələşdirilirlər. Məsələn, bir müddət əvvəl məlum olmuşdu ki, «Şərq» və «Azadlıq» qəzetlərinin «Azərbaycan» Dövlət Nəşriyyatına borclarının olması səbəbindən redaksiya işçiləri nəşriyyat binasına buraxılmadı. Bir sözlə, artıq bu aktual problemin daha bir neçə illik həllinin tapacağı söylənilir. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki mənbənin sözlərinə görə, 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar prezident İlham Əliyev qəzetlərin «Azərbaycan» Dövlət Nəşriyyatına olan borclarının silinməsi ilə bağlı müvafiq sənədləri imzalayacaq. Qeyd edək ki, keçən il mətbuatın 135 illiiyi ilə əlaqədar jurnalistlər üçün yaşayış massivinin salınması məqsədilə 5 milyon manat pul ayrılmışdı. Və bildirilir ki, həmin yaşayış massivinin təməli məhz bu ilki ildönümdə atılacaq. 7GUN.az
|