 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 14:34 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 1380 dəfə |
Like : |
|
Like : |
|
|
İyulun 19-da Nərimonov Rayon Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə qəzetə qarşı növbəti məhkəmə prosesi başlayacaq Bu barədə "Polit Press" qəzetinin baş redaktoru Ədalət Nəbibəyli 7GUN.az-a açıqlamasında demişdir: “Qəzetimizin 18-24 iyun 2011-ci il tarixli sayında “Zərərçəkmiş Türkiyəli iş adamları İlham Əliyevə müraciət etməyə hazırlaşır. Mustafa Tayatı Bakıda hansı nazirlər himayə edir?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda redaksiyamıza daxil olan məlumat əsasında bir qrup Türkiyəli iş adamının Mustafa Tayat tərəfindən aldadılması və zərərçəkənlərdən birinin Bakıda döyülməsindən bəhs edilirdi. Yazı dərc olunandan sonra bir qrup şəxs redaksiyamıza gələrək Mustafa Tayatla və onun “şilləvuranı” Koroğlu ilə bağlı bizə əlavə məlumatlar verdi. Eyni zamanda özünü Mustafa Tayatın nümayəndəsi kimi təqdim edən Vüsal adlı şəxs də redaksiyamıza təşrif buyurmuşdu. Vüsal bizimlə “dil tapmağa” çalışsa da biz növbəti sayımızda daxil olan informasiyaların dərc olunacağını onun nəzərinə çatdırdıq. Bundan sonra qarşı tərəf tələm-tələsik Nərimanov rayon məhkəməsinə müraciət edib: “Stil-Tekstil” MMC-nin işgüzar nüfuzunu ləkələyən Mustafa Tayat və “Mustafa Tayat” əmtəə nişanı barədə məlumatların dərc edilməsi və yayılmasına qadağa qoyulması, işgüzar nüfuzu ləkələyən məlumatların həmin qəzetdə təkzib olunması, məlumatların yayılması nəticəsində “Stil-Tekstil” MMC-yə dəymiş 250000 manat maddi zərərin cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Və hakim Sənan Hacıyev iki saat müddətində qərar çıxarıb. Hakimin redaksiya Nəsimi rayonu ərazisində yerləşdiyi halda Nərimanov rayon məhkəməsində qərar çıxartması qaranlıq məqamlardan xəbər verir. Biz bir qəzet olaraq bu biabırçı məhkəmə qərarı ilə bağlı Respublika Məhkəmə-Hüquq Şurasına müraciət etməyə hazırlaşdığımız bir zamanda 01.07.2011 tarixində axşam saat 22:00 radələrində Nəsimi rayon məhkəməsindən hakim Etibar Hümbətovun köməkçisi redaksiyamıza zəng açaraq Mustafa Tayatın bizdən təkrar olaraq bu dəfə Nəsimi rayon məhkəməsinə xüsusi ittiham qaydasıyla iddia qaldırdığını bildirdi.Baş vermiş hadisə ilə bağlı biz lazımı qurumlara məlumat verdik. Bu gün 08.07.2011-ci il tarixdə saat 16:00 radələrində Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədərliyi ilə iki dəfə təxrə salınmış məhkəmə öz işinə başladı. İtihamçı Mustafa Tayatın vəkili Vüsal Dadaşov xüsusi itiham qaydasında qəzetin baş redaktoru Ədalət Nəbibəylinin Azərbaycan Respublikasının Cinayət Məcələsinin 147.1, 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə təqsirli bilinib cinayyət məhsuliyyətinə cəlb edilməsi barədə höküm çıxarılmasını xahiş etdi. Ə.Nəbibəylinin müdafiyəçisi vəkil Elçin Sadıqov qarşı tərəfin xüsusi itiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi haqqında məhkəmə qarşısında vəsadət qaldırdı. Hakim hər iki tərəfin mövqeyini dinliyib müşavirə otaqına getdi. Bir saatdan sonra məhkəmə zalına qayıdan hakim E.Hümbətov vəkil E.Sadiqovun xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında vəsadətin qəbul edildiyini elan etdi. Beləliklə məhkəmə xüsusi idtihamçı Türkiyəli iş adamı Mustafa Tayatın qəzetimizin Baş redaktoru Ə.Nəbibəyli haqqında qaldırdığı xüsusi idtiham qaydasında şikayəti qəbul etmədi. Mustafa Tayatla məhkəmə çəkişməmiz davam edir.Xatirladaq ki , iyulun 19-da Nərimonov Rayon Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə növbəti məhkəmə prosesi başlayacaq. Türkiyəli iş adamı Mustafa Tayat Nərimanov rayon məhkəməsinə müraciət edib , “Stil-Tekstil” MMC-nin işgüzar nüfuzunu ləkələyən Mustafa Tayat və “Mustafa Tayat” əmtəə nişanı barədə məlumatların dərc edilməsi və yayılmasına qadağa qoyulması, işgüzar nüfuzu ləkələyən məlumatların həmin qəzetdə təkzib olunması, məlumatların yayılması nəticəsində “Stil-Tekstil” MMC-yə dəymiş 250000 manat maddi zərərin cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi.Bununla bağlı Nərimonov rayon məhkəməsinin hakimi S.Hacıyev iddianı təmin edərək qazetimizdə , “Stil-Tekstil” MMC-nin işgüzar nüfuzunu ləkələyən Mustafa Tayat və “Mustafa Tayat” əmtəə nişanı barədə məlumatların dərc edilməsi və yayılmasına qadağa qoyulması barədə qərardad çıxarmışdır”.
|