 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 17:35 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 341 dəfə |
Like : |
|
Like : |
|
|
Mütəxəssislər kağız qəzetlərin 2040-cı ildə tamamilə sıradan çıxacağını proqnozlaşdırırlar
BMT-nin yanında Dünya İntellektual Mülkiyyət Təşkilatı ənənəvi kağız qəzetlərin 2040-cı ildə tamamilə sıradan çıxacağını bildirib. 7GUN.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təşkilatın rəhbəri Francis Gurriy İsveçrədə yayımlanan “La Tribune de Geneve” qəzetinə verdiyi açıqlamasında, “Bir neçə ildən sonra bizim bildiyimiz kağız qəzetlər tamam yoxa çıxacaq” deyib: “Bu bir dəyişiklikdir. Qəzetlərin 2040-cı ildə tamam sıradan çıxacağına dair müzakirələr var. ABŞ-da isə 2017-ci il də baş verə bilər”. Bunun qaçılmaz dəyişiklik olduğunu və ABŞ-da indidən kağız kitablardan çox elektronik kitabların satıldığını, şəhərlərdə artıq daha az kitab mağazalarının qaldığını deyən Gurry, bunun ən böyük problemlərindən birinin jurnalistlərin gəlirlərinin olacağını söyləyib.
7GUN.AZ
|