"Türklər hürər, amma dişləməz”
Yunan Kiprində nəşr edilən “Simerini” qəzeti Yunan Strateji Araşdırmalar Mərkəzinin “Türkiyə-Şərqi Aralıq dənizi və yaxın Şərqdəki güc balansı” adlı hesabatını “Türklər hürər, amma dişləməz” başlığı ilə verib.
“Qafqazinfo”un “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, həmin hesabatda Türkiyənin Şərqi Aralıq dənizi və yaxın Şərqdə ən böyük hərbi gücə malik olmadığı, Misir, İran və Suriyanın müxtəlif sahələrdə Türkiyədən üstün göründüyü iddia edilir.
Hesabat Türkiyənin əsgər, tank, hərbi təyyarə və döyüş gəmisi sayının Yunanısandan çox olduğu, lakin ədədi nisbətlərin Türkiyə-Yunanıstan qarşıdurmasında “təkbaşına Türkiyənin xeyirinə nəticə verməyəcəyi” şəklində şərh edilib.
Araşdırmada İran ordusunun şəxsi heyəti 523 min, Türkiyənin 510 min, Misirin 468 min olduğu, Yunanıstanın 139 min nəfərlə 7-ci sırada yer aldığı açıqlanıb. Türkiyənin 4 563, Suriyanın 4 950, Yunanıstanın isə 1 590 tankı olduğu qeyd edilib.
Hərbi təyyarələrin sayı Suriyada 565, Misirdə 555, İsraildə 460 ədəd göstərilib. Türkiyənin 426, Yunanıstanın isə 303 hərbi təyyarəsi var. Araşdırmada donanma sahəsndə Türkiyənin bütün Aralıq dənizi və Yaxın Şərq ölkələrindən üstün olduğu vurğulanıb.