Mətbuat Şurasının səlahiyyətləri artırıla bilər

Şrift : |
Tarix :5-10-2011, 17:00
Bölmə : Media
Kömək :    
Baxılıb : 255 dəfə
Like :
Like :

    Bəxtiyar Sadıqov jurnalistlərdən səlahiyyət istədi

    Azərbaycan jurnalistlərinin gələn il keçiriləcək növbəti qurultayında Mətbuat Şurasının səlahiyyətlərinin artırılması məsələsi gündəliyə salınacaq. Bu barədə Mətbuat Şurasının idarə heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov bildirib. Bəxtiyar Sadıqov bu addımı Mətbuat Şurasının bəzi hallarda “reketlik”lə məşğul olan qəzetlərin fəaliyyətində düzəlişlər edilməsinə təsir edə bilməməsi ilə izah edir. O, Mətbuat Şurasının səlahiyyətlərinin hansı formada artırıla biləcəyindən də danışıb. “Bu gün qəzetlərin bağlanması üçün məhkəmələrə müraciət etmək səlahiyyəti olan qurum yoxdur. Biz qurultayda jurnalistlərdən xahiş edəcəyik ki, Mətbuat Şurasına həddini aşan, jurnalistika prinsiplərinə əməl etməyən qəzetlərin bağlanılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ versinlər”, - Sadıqov deyib. Millət vəkili fikrini onunla əsaslandırıb ki, Azərbaycanda KİV haqqında olduqca loyal qanun var. “Bundan əlavə, ən asan qəzet təsis etmə proseduru Azərbaycandadır. Bu amillər isə bəzən söz və mətbuat azadlığına xidmət etməkdən çox, bəzi işbazların çirkin məqsədlərinə xidmət edir”, - Sadıqov deyib.
    Onun sözlərinə görə, Azərbaycanda mətbuat və söz azadlığı öz həddini aşıb. Deputat hesab edir ki, niyyət və məqsədi operativ, tərəfsiz, qərəzsiz informasiya toplayıb cəmiyyətə ötürmək olmayan insanlar jurnalistikaya axışmağa başlayıblar.
    “Həmin şəxslər şantaj, təhqir, söyüş və başqa vasitələrlə insanlara təzyiq etməyə çalışırlar. Bunun nəticəsində qəzetlərin nüfuzu aşağı düşür. Cəmiyyət qəzetlərə etimad göstərmir və qəzetin ictimai rəy yaratmaq funksiyasına ciddi zərbə dəyir. Bu cür hallar mətbuatın iqtisadi vəziyyətinə də təsir göstərir. Yəni qəzetlər alınmır və tirajlar aşağı düşür”, - MŞ idarə heyətinin üzvü deyib. Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycanda Mətbuat Şurası haqqında qanun da qəbul olunmalıdır. “Mətbuat Şurası yaranarkən məqsədi mətbuat orqanlarının cəmiyyətlə, dövlət qurumları ilə yaranmış problemlərini məhkəməyə qədər həll etmək idi”, - millət vəkili deyib və əlavə edib ki, qəzetləri məhkəmə çəkişmələrindən xilas etmək mətbuat və söz azadlığına xidmət edən amildir.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31