Kanal iki minə yaxın işçisindən imtina etmək məcburiyyətində qalıb
İngiltərənin BBC kanalı büdcəsində 20 faizlik ixtisar edəcəyini və işçi sayını 2 min nəfər azaldacağını açıqlayıb. Televiziya tamaşaçılarından alınan xərclərin dondurulmasıyla birlikdə 20 faizlik ixtisara getmək qərarı qəbul edən BBC işçilərin sayının gələcək 5 ildə azaldılacağını bəyan edib. BBC-nin hazırda 22 900 işçisi var. İngiltərədə televiziya tamaşaçıları ev başına ildə 150 sterlinqə yaxın lisenziya haqqı ödəyir. İngiltərə hökuməti 2016-2017-ci illərdə bu xərcin artırılmayacağını açıqlayıb. Bu xərclərlə maliyyələşən və ölkə daxilindəki yayımlarında reklam almayan BBC bu səbəbdən gəlirinin 16 faizini itirəcək. Qalan 4 faizlik ixtisar isə rəqəmsal texnologiyaya sərmayə qoymaq məqsədi daşıyacaq.