“Yeni Müsavat”a təxribatçılar göndərdilər

Şrift : |
Tarix :13-10-2011, 14:54
Bölmə : Media
Kömək :    
Baxılıb : 345 dəfə
Like :
Like :

    Bu gün səhər saatlarında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov “Yeni Müsavat” qəzetinin redaksiyasına xüsusi təlimat almış üç nəfər təxribatçı göndərib.

    Özlərini rayon ağsaqqalları kimi təqdim edən həmin adamlar icra başçısı haqda yazdıqlarımıza etiraz bildirmək üçün gəldiklərini dedilər. Rayon Ağsaqqallar Şurasının sədri kimi özünü təqdim edən İmanov Beydulla və onunla bərabər gəlmiş Qulam Sadıqov, Nadir Rüstəmov (sonuncu iki nəfər müəllim olduqlarını dedilər) baş redaktorun birinci müavini Azər Ayxanla görüşüblər.
    Onlar A.Ayxandan tələb ediblər ki, bir də “Yeni Müsavat”da T.Kərimov haqda tənqidi planda heç nə yazılmasın. Baş redaktor müavini bunun səbəbini soruşduqda qəribə cavabla üzləşib: “Tahir müəllim rayonda abadlıq işləri aparır. Salyanda analoqu olmayan quruculuq gedir. Xörək bişirməyə qaz yox idi, bu kişi gələndən sonra rayona qaz çəkilir. Ona görə də sizin yazdıqlarınız yalandı, bu cür icra başçısına böhtan atırsız”. A.Ayxan gələnlərin nəzərinə çatdırıb ki, bu işlər ölkə başçısının sərəncamı ilə və dövlət büdcəsindən ayrılan pullar hesabına həyata keçirilir. Bunun icra başçısına dəxli yoxdur. İcra başçısının xüsusi təyinatlı ağsaqqalları bu arqumentə özlərinəməxsus şəkildə cavab veriblər. Deyiblər ki, T.Kərimov hazırda Salyan ərazisində tunc dövrünə aid qəbirlərin aşkar edilib tədqiq olunması haqda vacib işlər görür. Qəzetimizin baş redaktor müavini bu işin də icra başçısına heç bir aidiyyatının olmamasını qonaqların diqqətinə çatdırıb. Bundan sonra “ştatlı ağsaqqallar”ın biri – Qulam Sadıqov Azər Ayxanla kobud danışıb və onu ağır ifadələrlə təhqir edib. Bundan sonra A.Ayxan onlarla söhbətin alınmayacağını bildirərək hər üç şəxsdən redaksiyanı tərk etmələrini tələb edib.
    Əslində bu proses iki gün öncədən başlayıb. Oktyabrın 12-də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna özünü Salyan ağsaqqalı kimi təqdim edən bir nəfər 050 377-98-00 nömrəsindən zəng edib. Həmin adam R.Arifoğlunu hədələyib ki, icra başçısı haqda yazdığımıza görə redaksiyaya basqın edəcəklər. Baş redaktor isə ona tövsiyə edib ki, bu cür biabırçı və qanunsuz fəaliyyətdən vaz keçsin. Zəng vuran adam israrla bildirib ki, onlar icra başçısını sonadək müdafiə edəcəklər.
    Azər Ayxan baş vermiş olaya münasibət bildirərək deyib ki, rayon icra hakimiyyətlərinin başçıları və digər yerli məmurlar insanların ağır sosial vəziyyətindən istifadə edərək onları pulla və digər vasitələrlə ələ alıb müstəqil mətbuatın üstünə göndərirlər: “Mən bu insanlara acıdım. Yaşlarının bu vaxtında beş-on manat pul alıb bu cür qanunsuzluğa sövq edilən adamlar bilməlidirlər ki, mətbuatla məmurun münasibətləri ağsaqqallıq missiyaları ilə tənzimlənmir. Ölkənin pis-yaxşı qanunları var, o cümlədən, Mətbuat Şurası fəaliyyət göstərir. Tahir Kərimov üstümüzə öyrədilmiş adamlar göndərdiyinə bizə müsahibə versin və yazdıqlarımızın yalan olduğunu isbatlasın. Yaxud məhkəməyə müraciət etsin. Bunu da istəmirsə Mətbuat Şurasının müvafiq komissiyasına bizdən şikayət versin. Daha durub üstümüzə ştatlı ağsaqqallar göndərməsin. Tahir müəllimin yaşlı adamlardan öz çirkin məqsədləri üçün istifadə etməsi heç bir ölçüyə sığışmır”. A.Ayxan dedi ki, gələnlərin bütün arqumentlərini əllərindən alandan sonra onlar təxribata əl atdılar: “Deməyə sözləri qalmadığını görəndə məni təhqir etməyə başladılar. Sonda onlardan soruşdum ki, niyə ölkə başçısının barəsində mətbuatda tənqid gedəndə onu bu şəkildə müdafiə etmirsiz, amma icra başçısını müdafiə etmək adı ilə qanunsuz bir əmələ qoy qoyursunuz? Bir-birilərinin üzünə baxdılar. Axırda da qəzetin, mənim və əməkdaşların ünvanına ağızlarına gələni söyləyib getdilər”. Azər Ayxan dedi ki, redaksiya rəhbərliyi bununla bağlı aidiyyatı qurumlara müraciət edəcək. (musavat.com)


    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31