Redaktorlar prezidentə müraciət edəcəklər

Şrift : |
Tarix :14-10-2011, 16:58
Bölmə : Media
Kömək :    
Baxılıb : 226 dəfə
Like :
Like :

    Mehman Əliyev: “Yeni köşklərin qurulması adı altında qəzet satışına ciddi zərbə vurulur”

    Bu gün Redaktorlar Birliyinin (RB) növbəti toplantısı keçirilib. İclas qəzetlərin yayım probleminə həsr olunmuşdu. “Turan” agentliyinin direktoru Mehman Əliyev çıxışında bildirib ki, bu, artıq ikinci genişləndirilmiş iclasdır. Onun sözlərinə görə, Azərbaycanda dövri mətbuatın əsas problemlərindən biri yayımdır.
    M.Əliyev bünövrəsi 90-cı illərin sonunda qoyulan, getdikcə ciddiləşən bu problemin artıq qəzetlərin iqtisadi dayaqlarını dağıtdığını dedi: “Son vaxtlar yeni dalğa yaranıb. Yeni köşklərin qurulması adı altında qəzet satışına ciddi zərbə vurulur. Hələ 2009-cu ildə bir layihə üzərində işləyir, mətbuatın iqtisadi durumunu araşdırırdıq. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi idi. Tədqiqat hazır olan kimi fond əməkdaşlıqdan qaçdı. Bu gün özümüz də bu istiqamətdə iş apara bilərik. Çünki basqı davam edir”.
    Qəzet yayımı ilə bağlı dəfələrlə araşdırma aparmış jurnalist Şahvələd Çobanoğlu isə araşdırmaların nəticələri haqda danışdı. Dedi ki, regionlarda insanların pulu olsa da qəzet ala bilmirlər. Naxçıvanda olanda bu vəziyyətlə tanış olduğunu deyən çıxışçı regionlara müstəqil qəzetlərin az getdiyini söylədi: “Bu sahədə əsas problem tirajlar, bölgələrə gedən, satılan və qayıdan qəzetlərlə bağlı statistik məlumatın olmamasıdır. Dövlət Statistika Komitəsinə məktubla müraciət etdik ki, çap və yayımdan müəyyən rəqəmlər verilsin. Məlum oldu ki, onlarda ancaq poçtdaşıma və xaricdən gələn qəzetlərlə bağlı məlumat var”.
    Ş.Çobanoğlu deyib ki, hazırda əsas məsələ köşklərə düşən adam sayına görə köşklərin sıxlığına nail olmaqdır. Bu halda insanlar qəzet ala bilər. Qəzetlərin insanlara yaxın olmamasına görə tiraj, satış aşağı düşür. Hazırda Azərbaycanda 637 köşk olduğunu deyən çıxışçı ABŞ-da adambaşına düşən köşklərin sayının 1500, Britaniyada 1300, Macarıstanda 1000 olduğunu vurğuladı. O, Bakıda “Qasid”, bölgələrdə isə “Azərbaycanmətbuatyayımı” firmasının inhisarçı olduğunu dedi. Bu inhisar kiminsə çox qazanmasına yox, qəzetlərin satılmasına mane olmaq üçün yaradılıb: “Köşkdə satılmayan qəzetlərin abunəsi yüksəkdir. Satılan qəzetlərin isə abunəsi yoxdur. Buna “Azərbaycan müəllimi sindromu” adını qoymuşuq. Bunların ancaq abunəsi var, satılmır”.
    Hüquqşünas Ələsgər Məmmədli dedi ki, çıxış yolunu dövləti mediadan kənarlaşdırmaqda görür. Dövlətin, nazirliklərin, rəsmi strukturların satışa çıxarılan mətbuat orqanları yığışdırılmalıdır. Dövlət təsisçiliyi ləğv olunsa, bəzi problemlər də aradan qaldırıla bilər: “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu mənada mətbuata zərbə vurur”.
    “Üç nöqtə” və “Xalq cəbhəsi” qəzetlərinin illik reklam həcminin 250 min manata yaxın olduğunu deyən M.Əliyev onların günlük satışının 60-100 ədədi keçmədiyini vurğuladı.
    “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dedi ki, dünya ölkələrindəki sxemlər Azərbaycanda keçərli deyil. Bu səbəbdən dövlət qəzetlərin üzərindən əlini çəksə, yayım sahəsi normal qurular və media özünü yaşadar: “Bu yayımı işçilərimizlə özümüz qurarıq. Dövlət mane olmasa, qəzetlərimizi bütün bölgələrə çatdıra bilərik. 4-5 ciddi adam bu sahəni qura bilər”.
    Ə.Zeynallı “Xural”ın adının Mətbuat Şurasının “qara siyahı”sına salındığı üçün yaşadığı çətinliklərə də toxunaraq Redaktorlar Birliyindən problemin həlli üçün yardım istədi. Dedi ki, bəzi mətbəələrə yuxarıdan zəng gələrək bəzi qəzetlərin çap olunmaması üçün göstəriş verilir: “Bu ölkədə Bəxtiyar Sadıqov deyir ki, “KİV haqqında” qanun çox humanistdir, bizə səlahiyyət verilməlidir, qəzetlər cəzalandırılsın. Belə bir ölkədə biz problemləri həll etməliyik”.
    Səyyar yayım satıcısı Nadir Əbilov isə onlara əl yayımı üçün yer və stendlərin artırılmasını istədi: “Bəzi yerlərdə kartof-soğan satmağa imkan verirlər, qəzet yox”.
    “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə qəzet satışını mətbuatın qan damarı adlandırdı. Dedi ki, əsas məsələ qəzetlərin yayımının təşkilidir: “Hamısının alınması şərt deyil. Qəzetləri gəzdirmək, göstərmək, oxucunu onunla tanış etmək lazındır. İndiki yayım sistemi dəyişdirilir - qəzeti mümkün qədər gizlətmək. Qəzet görünməsin, amma su, şirniyyat, tənbəki görünsün. Bir təhlükəli məsələ var ki, son aylarda yayım sektorundan işçilər sürətlə gedir. Əvvəl imkansız insanlar bu sahəyə gəlirdi. Polis döyür, əlindən qəzeti alıb qaytarmır. İnsanlar gündəlik pulunu çıxarmaq üçün hər gün döyülməyə razı deyil. Məlumat budur ki, səyyar yayımı bitirmək istəyirlər. Yeni qaydalar tətbiq olunur: səyyar satıcı svetoforda dayana, bulvarda gəzə bilməz. Çinlilərin belində mal gəzdirməsinə imkan verirlər, amma informasiya, elm daşıyıcısı olan qəzeti yaymağa yox”.
    R.Arifoğlu normal ölkələrdə yüzlərlə insana iş yeri açan müəssisələrə dövlət tərəfindən mükafat verildiyini xatırlatdı. Azərbaycanda isə yüzlərlə insana iş yeri açan qəzetlərə problem yaradılır: “Dövlət bütün gücü ilə mane olur. Bizsə hələ yaşamaqda davam edirik”.
    “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov isə “Qasid”in köşklərinin yığışdırıldığını və onun yerinə yeni köşklərin qoyulduğunu dedi. Dedi ki, bu köşklərin Ticarət Departamentinə verilməsindənsə “Qasid”ə həmin dizaynda köşk yaradılmasına imkan verilməlidir: “Əgər buna imkanı yoxdursa, ona köşk versinlər, o da kreditlə ödəsin. “Qasid”in əlindən məntəqələri yavaş-yavaş alırlar. İndi qəzet köşkü tapmaq çətindir. Çoxunu götürürlər, qalanlar da elə yerdədir ki, tapmaq olmur. Supermarketlərdə qəzet satışına icazə verilməsi konkret tələb kimi qoyulmalıdır. Gündəlik tələbat malı necə satılırsa, qəzet də satılsın. Səyyar satıcıların sayının azaldığı bu günlərdə bu sahəyə marağı artırmaq, tələbələri, gündəlik iş axtaranları bura cəlb etmək lazımdır. Xüsusi uniforma ilə bəlli yerlərdə qəzet satılsa, gənclər də maraqlı olub gələcək. Əldə yayımın da səviyyəsi artacaq”.
    “Yeni Müsavat”ın yayım direktoru Abbas İsmayılov isə problemin həlli üçün işçi qrupun yaradılmasını təklif etdi. Qrup problem olan yerdə araşdırma aparıb onu yoluna qoya bilər.
    Müzakirəni ümumiləşdirən M.Əliyev redaktorlar adından İlham Əliyevə müraciət olunacağını dedi. Bildirdi ki, yayım problemlərinin əks olunduğu müraciətdə köşklərin sayının və əldə yayımın artırılması tələblər sırasında olacaq.(musavat.com)

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31