 |
Şrift : |
|
 |
Tarix : | 18-10-2011, 14:43 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 470 dəfə |
Like : |
|
Like : |
|
|
Yanğında iki övladını itirmiş baş redaktor izahat verib, bolgexeber.com-un rəhbəri istintaqa bir neçə yeni faktlar açıqlayıb
Oktyabrın 7-də gecə saatlarında Qobu qəsəbəsində yerləşən evi yanan və yanğında iki övladını itirən bolgexeber.com saytının baş redaktoru Vasif Turan dünən Abşeron rayon Polis İdarəsinə və FHN-in İstintaq İdarəsinə dəvət olunub. Bu barədə Vasif Turan özü məlumat verib. Baş redaktor bildirib ki, ilk olaraq Abşeron rayon Polis İdarəsində olub. O deyib ki, dəvət edilməsinin səbəbi evinin yanması ilə bağlı aparılan istintaqla tanış olmaq və bəzi məsələlərlə bağlı müzakirə aparılması olub. «Əvvəlcə Abşeron rayon Polis İdarəsinin rəis müavini Famil Kərimovla görüşdüm. Görüş zamanı rəis müavini bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar işlər davam edir və lazım olan bütün tədbirlər görürlür. Ondan sonra rəis Namiq İsmayılovla görüşümüz oldu. İsmayılov məndən şübhələndiyim adamlar, yanğının hansı səbəbdən baş verə bilmə ehtimalları və yanğın zamanı nələri gördüyüm barədə soruşdu. Məndə bildiklərimi tamamilə ona anlatdım». Vasif Turan bildirib ki, hal hazırda o işlərin nə yerdə getdiyi barədə məlumatlı olsa da, istintaq sirri olduğundan bu barədə geniş danışmaq istəmir. «Mənim Abşeron polisində tək bir tələbim oldu. O da yanğının həqiqi səbəblərinin araşdırılıb, obyektiv şəkildə ortaya çıxarılmasıdır. Mən düşmən axtarmıram. Amma bu gün də əminliklə deyirəm ki, övladlarımın ölümünə səbəb olan yanğın qəsdən törədilib. Tələbim də budur ki, istintaq obyektiv aparılsın və cinayəti törədənlən cəzalandırılsın». Bolgexeber.com-un baş yazarı daha sonra qeyd edib ki, dünən o, həmçinin FHN-in İstintaq İdarəsində də olub. Onun bildirdiyinə görə, nazirlikdə Əməliyyat istintaq idarəsinini baş müstəntiqi Qəhrəman Məmmədovla görüşüb və izahat verib. «Qəhrəman müəllim məni çox yüksək səviyyədə qarşıladı və bildirdi ki, onlar istintaqı tam obyektiv şəkildə aparırlar. Orada verdiyim izahatımda isə bütün bildiklərimi qeyd etdim. Hər şeyi olduğu kimi, təfsilatı ilə vurğuladım. Ümid edirəm ki, istintaq orqanları uşaqlarımın ölümünə səbəb olmuş yanğınla bağlı obeyktiv araşdırma aparıb, həqiqətləri üzə çıxaracaqlar». Vasif Turan daha sonra qeyd edib ki, FHN-in İstintaq İdarəsi Qobu qəsəbəsində yerləşən evində təkrar ekspertiza aparacaq. Onun sözlərinə görə, belə bir zərurətin yaranmasına səbəb ortaya çıxan yeni detallarla bağlı olub. «Hələlik bu barədə danışmaq istəmirəm. İstintaqın işinə mane ola biləcək hər hansı bir addım atmaq fikrində deyiləm. Gözləyirəm və hesab edirəm ki, baş verənlər qısa müddətdə aydınlaşacaq». Açıqlamasında Vasif Turan Mətbuat Şurasının sədri Əflatun Amaşova və bütün media nümayəndələrinə də təşəkkürünü bildirib. O deyib ki, ən ağır və dəhşətli günlərdə göstərdikləri dəstəyə görə bütün həmkarlarına minnətdarlıq edir. «Mən həmkarlarımdan, o cümlədən Əflatun müəllimdən xüsusi ilə razıyam. Ən ağır günlərimdə mənimlə birlikdə olub, dəstək verdiklərinə görə, hamıya minnətdaram».
7GUN.AZ
|