 |
Şrift : |
|
 |
Tarix : | 19-10-2011, 11:41 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 154 dəfə |
Like : |
|
Like : |
|
|
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edir
Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən media quruluşlarının rəhbərlərindən ibarət böyük bir heyət Gəncədə tədbir keçirir. Tədbir ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyinə və bu tarixi nailiyyətdə medianın rolu mövzusuna həsr olunub. 40 nəfərlik nümayəndə heyətinin tərkibinə qatılan "Yeni Müsavat" qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanın verdiyi xəbərə görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edir. Tədbir şəhərin görməli yerlərinin, muzeylərin və Nizami məqbərəsinin gəzintisi ilə başlayıb. Azər Ayxanın verdiyi xəbərə görə, nümayəndə heyətinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də qatılıb və hazırda o, Əli Həsənovla yanaşı İH binasının qarşısında addımlayır:"Daha sonra nümayəndələr Aqrar Universitetin binasında toplantıya qatılacaqlar. 1918-ci ildə elan edilən Azərbaycan Depokratik Respublikasının ilk hökuməti Bakıya köçənə qədər məhz bu tarixi binada fəaliyyət göstərib". musavat.com
|