 |
Şrift : |
|
 |
Tarix : | 19-10-2011, 13:03 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 400 dəfə |
Like : |
|
Like : |
|
|
Vasif Turanın övladlarının yas mərasimi oktyabrın 20-də Təzə Pir məscidinin həyətindəki Mərasim Evində keçiriləcək
Oktyabrın 7-də gecə saatlarında Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki övladını itirmiş bolgexeber.com saytının baş redaktoru Vasif Turanın dünyasını dəyişmiş övladlarının Bakıda yas mərasimi keçiriləcək. Yas mərasimi cümə axşamı günü, yəni oktyabrın 20-də Təzə Pir məscidinin həyətindəki Mərasim Evində keçiriləcək. Saat 13:00-dan başlayacaq yas mərasimi axşam saatlarında başa çatacaq. Hər kəs mərasimdə iştirak edə bilər. Qeyd edək ki, Vasif Turanın dünyasını dəyişmiş övladları doğulduğu Yardımlı rayonu Nisəqala kəndində dəfn edilib. Elə buna görə də, yas mərasimi orada verilib.
7GUN.AZ
|