Ötən gün “Xural”a dəstək vermək üçün bir sıra media qurumlarının rəhbərləri, jurnalistlər, hüquq müdafiəçiləri, siaysətçilər qəzetin redaksiyasında olublar
Bütöv bir iş günü ərzində redaksiyada olan və qəzetin əmlakını siyahılaşdıran ədliyyə icraçıları iş gününün bitməsinə baxmayaraq redaksiyada qalmaqda davam ediblər. "Xural"ın baş redaktoru Əvəz Zeynallı bildirib ki, artıq ədliyyə icraçıları redaksiyanın əmlakını müsadirə edərək aparıblar. Qeyd edək ki, hazırda "Xural"a dəstək vermək üçün bir sıra media quruluşlarının rəhbərləri, jurnalistlər, hüquq müdafiəçiləri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, o cümlədən deputat İqbal Ağazadə, AXP lideri Pənah Hüseyn qəzetin redaksiyasında olublar. Qəzetin əmlakı onların gözləri qarşısında müsadirə olunub.
Əvəz Zeynallı açıqlamasında bildirib ki, "Əsasən kompüterlərimizi müsadirə ediblər. Buna baxmayaraq, qəzet fəaliyyətini dayandırmayacaq və nəşrini davam etdirəcək".
7GUN.AZ