 |
Şrift : |
|
 |
Tarix : | 28-07-2011, 21:02 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 969 dəfə |
Like : |
|
Like : |
|
|
İXTİSASCA BAYTAR OLAN BAŞ MEMARDAN MƏHKƏMƏYƏ MÜRACİƏT OLUNACAQ PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı Neftçala rayonunda yerli icra strukturunun nümayəndələri tərəfindən təhdid olunub. Bu barədə redaksiyamıza məlumat verəb baş redaktor bildirib ki, icra başçısı İsmayıl Vəliyevin özü ilə bərabər rayona gətirdiyi və ixtisasca baytar olmasına baxmayaraq, Neftçala raoyunun baş memarı vəzifəsinə təyin etdiyi Rüstəm Tahirov onu hədələyərək şərləyib. “Mənə bildirdi ki, guya bizim saytdan kimsə ona zəng edib təhqir edib. Halbuki belə bir şey baş verməyib” deyən baş redaktor onu da qeyd etdi ki, artıq baş vermiş olayla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır: “Mən telefon danışığımızın mətninin çıxarılmasını da tələb edəcəm. Bu adam məni açıq-aşkar təhdid etməklə yanaşı, mənə qarşı çox nalayiq ifadələr işlədib. Hər halda biz bu işi belə qoymayacağıq”. Baş redaktor onu da bildirdi ki, eyni zamanda Mətbuat Şürasından da məsələyə reaksiya verilməsini istəyir: “Əgər bu gün hansısa məmur jurnalisti bu tərzdə aşağılayırsa, Mətbuat Şurası bu məsələyə reaksiya verməlidir. Yoxsa bu çox pis tendensiyaya nədən ola bilər”. 7GUN.az
|