Bir il bundan öncə bir Şahin Ağabəyli var(dı)

Şrift : |
Tarix :26-10-2011, 17:16
Bölmə : Media
Kömək :    
Baxılıb : 223 dəfə
Like :
Like :

    “Heç kəs eşitdiyi bu acı xəbərə inanmaq istəmirdi”

    Bir il öncə heç kəs eşitdiyi xəbərə inanmaq istəmirdi. Çünki inanmaq mümkünsüz idi. Zəng vuranların dediyi sözlər yalnız bunlardı: “Şahin getdi…”. Hamı eşitdiyi xəbərin həqiqət olduğunu bilsə də ona inanmaq istəmirdi.
    Yüzə qədər jurnalist xəstəxananın həyətində idi. Hamı dəfn mərasiminin necə olacağından danışır və yenə də xəbərin doğru olduğuna inanmaq istəmirdi. Söhbət “Milli Yol” qəzetinin baş redaktoru və “Poliqon”İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəylinin avtomobil qəzasına düşərək, dünyasını dəyişməsindən gedirdi…
    Bir il öncə səhər saatlarında Bakı-Qazax yolunun 51-ci kilometrliyində Şahin Ağabəyli və “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərlinin olduğu “Nissan-Tida” markalı maşın yoldan çıxaraq aşdı. Nəticədə Şahin Ağabəyli dünyasını dəyişdi, Aqil Ələsgərli isə ağır yaralandı.
    Qeyd edək ki, Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib. 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Qərar deputat Arif Rəhimzadənin iddiası ilə şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması ittihamı üzrə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən çıxarılıb. Üç ay sonra Prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
    Şahin Ağabəyli evli idi. Bir övladı yadigar qaldı. İndi yenə dostlar bir-biri ilə əlaqə saxlayır. Hamının mövzusu yenə birdir: “Şahinin ilidi”. Yenə də Şahinin yoxluğunu heç kəs qəbul etmir. Yenə hamı bu dəqiqə Şahinin ya zəng edib, ya da qapını açıb içəri girəcəyini gözləyir….

    Allah rəhmət eləsin!


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31