 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 14:17 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 176 dəfə |
Like : |
|
Like : |
|
|
Forumda Türkdilli dövlətlərin media qurumlarının vəziyyəti müzakirə olunacaq
Sabah Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu. «Kempinski Hotel Badamdar» kompleksində baş tutacaq tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. 7GUN.AZ Mətbuat Şurasının rəsmi saytına istinadən xəbər verir ki, foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan, nümayəndələr qatılacaqlar. İlk olaraq Forumda açılış niqtlərinə və təbriklərə yer veriləcək. Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər. Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi «Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi» mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq. Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda yaradılmış Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşıda duran vəzifələri müəyyənləşdiriləcək.
7GUN.AZ
|