 |
Şrift : |
|
 |
Tarix : | 31-10-2011, 19:42 |
Bölmə : |
Media |
Kömək : |
|
Baxılıb :
| 260 dəfə |
Like : |
|
Like : |
|
|
Redaktorlar Birliyi toplantı keçirdi
Oktyabrın 31-də “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı ayrı-ayrı qərarlardan 4 apellyasiya şikayəti verilib. Vəkil Elçin Sadıqov “Azadlıq” radiosuna deyib ki, apellyasiya şikayətləri Əvəz Zeynallının evində, avtomobilində, “Xural” qəzetinin ofisində aparılan axtarışlar və barəsində seçilən həbs-qətimkan tədbiri ilə əlaqədardır. Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Respublika Prokurorluğunun rəsmi məlumatında deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları götürüblər. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Oktyabrın 31-də Redaktorlar Birliyinin iclasında Əvəz Zeynallının həbsi müzakirə olunub. “Azadlıq” qəzetinin baş redaktoru Qəniməd Zahid “Media forum”a bildirib ki, Redaktorlar Birliyi Əvəz Zeynalının müdafiəsi istiqamətində hüquq müdafiə təşkilatları ilə birgə fəaliyyət göstərməyə çalışacaq.
|