 |
Şrift : |
|
 |
Tarix : | 4-01-2012, 14:41 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 164 dəfə |
Like : |
|
Like : |
|
|
Ağsu istiqamətində yol hərəkət üçün təhlükəlidir
Ötən gün müşahidə edilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bağlanan Bakı-Şamaxı-Yevlax magistral yolu hələ də avtomobillərin hərəkəti üçün açılmayıb.Magistral qar və buzlardan təmizlənsə belə, Ağsu istiqamətində yol hərəkət üçün təhlükəlidir. Hazırda rayondan paytaxta gələn avtomobillər alternativ yol kimi, Qazax-Ələt yolundan istifadə edirlər.
Ağsu rayonu 13 saylı yol istismar idarəsindən verilən məlumata görə, hazırda Ağsu istiqamətində yollar buzdan təmizlənir. Muğanlı qəsəbəsində Ağsu istiqamətində yollar palçıqla bağlanıb. Hazırda texnika ərazidə çalışır və duz səpilir. ANS TV-nin bölgədə olan müxbirinin verdiyi məlumata görə, ötən günə nisbətən yollar açılıb və avtomobillər çətinliklə də olsa hərəkət edir.
|