 |
Şrift : |
|
 |
Tarix : | 5-01-2012, 20:07 |
Bölmə : |
Xəbərlər |
Kömək : |
|
Baxılıb :
| 217 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanda daha bir neçə rayonun polis rəisi dəyişdirilib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) Qaragüney Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eminağa Zeynalov tutduğu vəzifədən azad edilərək Qobustan RPŞ-ə rəis təyin edilib.
Nazirin digər əmri ilə Beyləqan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanov Daşkəsən RPŞ-ə rəis təyin olunub. Beyləqan RPŞ-ə hələlik təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Qobustan RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov tutduğu vəzifədən azad edilərək Cəlilabad Rayon Polis Şöbəsinə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
|