Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ağır olaraq qalır
Bu barədə aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib: “Bu gün də yanına getmişdim, amma içəri girə bilmədim. Vəziyyət əvvəlki kimidir. Bu gün yeni bir şey deyə bilmirəm. Həkimi ilə danışdım, dedi lazım olan bütün prosedurlar edilir. Müalicənin nəticəsi bu ayın sonuna qədər bilinəcək. Vəziyyət elədir ki, iki dəqiqə ərzində hər şey dəyişə bilər. Dünən məscidə gedib nə qədər dualar etmişəm. Oturub-durub Allaha dua edirik, Allahın möcüzəsinə inanırıq”.
Qeyd edək ki, görkəmli aktyor uzun müddətdir Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur.